İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi - FOTO

İntiqam hissi azərbaycanlı xanımı qaydasız döyüşçüyə çevirdi - FOTO
16:27 23 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi ölkənin qaydasız döyüş üzrə yeganə qadın təmsilçisi, həyatında ilk dəfə beynəlxalq turnirə qatılaraq, dünya çempionu olmaq arzusu ilə Dubayda məşq edir.

Milli.Az sputnik.az-a istinadən xəbər verir ki, Suada Səlimova ilk baxışdan incə bir xanımdır və heç kimin ağlına belə, gəlməzdi ki, bu xanım sırf kişilərə xas olan idmanla - qaydasız döyüşlə məşğul olur. Hazırda Dubaydakı idman klublarından birində məşq edən Suada karyerasında ilk dəfə olaraq keçiriləcək qaydasız döyüş - ММА (Mixed Martial Arts) üzrə rəsmi yarışa çıxacaq.

Suada Azərbaycanda bu idman növü ilə məşğul olan ilk qadınlardan biridir. Bununla yanaşı, Suada kikboks üzrə dördqat, uşu-sanda üzrə üçqat Azərbaycan çempionu, Sankt-Peterburqda keçirilən döyüş növləri üzrə olimpiadanın qalibi və İspaniyada keçirilən WTKA növü üzrə döyüşlərdə dünya çempionudur. İdmanla uşaq vaxtlardan məşğul olduğunu deyən Suada əvvəlcə bir çox qızlar kimi idmana gimnastikadan başlayıb. Amma sonradan təhsildə axsamamaq üçün gimnastikanı atıb və ali məktəbə girmək məqsədi uğrunda ciddi cəhdlə çalışıb. Hərdən yaşıdları onun xətrinə dəyir, bu incə qızın isə onlara cavab vermək taqəti yox idi.

Onun üçün həlledici nöqtə həmyaşıd qızlarla mübahisə olub. Səbəb isə - bir gəncə olan məhəbbət olub. Qüvvələr bərabərliyinin onun xeyrinə olmadığını görən Suada 16 yaşından kun-fu və uşu-sanda ilə məşğul olmağa başlayıb. İlk məşqçisi isə bu sahədə ad-san qazanmış, 18-qat dünya çempionu Ramil Allahverdiyev idi. Sonradan Suada gündəlik məşqlərə kikboksu da əlavə etdi.

Düzdür, qazandığı təcrübə ona, üstündə mübahisə düşən gəncin ürəyini qaytarmadı. Amma bu gün Səlimova mübahisə etdiyi qızı həmişə minnətdarlıq hissi ilə yada salır - məhz həmin qıza cavab vermək üçün Suada məşqlərə başlamışdı. O, başa düşür ki, gənclərin "ürək hadisələri" arxada qalıb. Yeri gəlmişkən, həmin cavan oğlan nə ona, nə də rəfiqəsinə qismət oldu. Oğlan başqa bir qızı seçdi. Amma Suada taleyinin belə gətirməsindən şikayətlənmir və hətta razıdır. İdmanla yanaşı Suada təhsilini də atmadı. Məktəbi uğurla bitirdikdən sonra Bakı Slavyan Universitetinin "Beynəlxalq əlaqələr və regionşünaslıq" fakültəsinə qəbul olunur. Oxuya-oxuya tikinti şirkətində, və Bakı Ekspo Mərkəzində mühafizəçi işləyir, xarici dillər öyrənir.

İdmançı karyerası boyu onlarla medal və mükafat alan 23 yaşlı Suada bir gün belə, məşqlərini saxlamır: "Bu ilin martında Dubayda işləyən qardaşımın yanına qonaq gəlmişdim. Bir gün burada fəaliyyət göstərən "The Champion Club" klubuna baxmağa getdim. Ad və oradakı şərait, məşqlərin keçirilmə forması çox xoşuma gəldi. Elə buradaca kikboks üzrə üçqat dünya çempionu olmuş bir məşqçi ilə tanış oldum. O, məni yoxladı, döyüş üslubumu bəyəndi və Dubaya köçərək, burada məşq etməyi təklif etdi".

Hazırda Səlimova gündəlik olaraq döyüş növləri idmanı ilə 6 saat məşq edir. Məşqlər siyahısına Braziliya ciu-citsusu da daxil edilib. Yarım ildən sonra Suada həyatında ilk dəfə olaraq qarışıq döyüş növləri üzrə rəsmi yarışa çıxacaq.

Səlimova qarşısına çox aydın məqsəd qoyub: qısa müddətdə bu idman növündə uğur qazanmaq, çempion olmaq və UFC, BELLATOR kimi dünyaca məşhur ABŞ idman şirkətləri ilə müqavilə bağlamaq.

"Mən qaydasız döyüş üzrə idman ustası adı almaq və xanımlar üçün döyüş idman növləri məktəbi açmaq istəyirəm. Ailə barədə onu deyə bilərəm ki, bu məsələni əvvəlcədən planlaşdırmaq olmur, amma qüvvəm çatdıqca məşqləri davam etdirəcəyəm. Ailəm məni tam dəstəklədi. Əvvəllər seçimimə şübhə ilə yanaşırdılar, amma sonradan dəstəklədilər", - deyir xanım idmançı. Baxmayaraq ki, Suada Səlimova xaricdə məşq edir, karyerasının sonuna qədər Azərbaycanı təmsil edəcəyini əminliklə söyləyir.

Milli.Az





OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"İnter" "Qəbələ", "Neftçi" "Qarabağ"a qarşı

30 Mart 2017 09:17

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

30 Mart 2017 09:14

Portuqaliyaya səyahət etmək istəyən azərbaycanlılara MÜJDƏ

30 Mart 2017 09:12

Azərbaycan kubokunda yarımfinal həyəcanı

30 Mart 2017 09:08

Argentina Futbol Federasiyasına yeni prezident seçilib

30 Mart 2017 09:05

Yeni “iPad” təqdim olundu

30 Mart 2017 09:05

Gəncədə avtomobil qəzası:3 nəfər yaralanıb - FOTO

30 Mart 2017 09:05

45 yaşlı kişi özünü dəhlizdə asdı - Yasamalda

30 Mart 2017 09:04

"Suriyada yeni əməliyyat ola bilər" - Binəli Yıldırım

30 Mart 2017 08:57

Google Play-də WhatsApp-ın başına gələnlər

30 Mart 2017 08:57

Tarixdə bu gün: 30 mart

30 Mart 2017 08:53

Hindistanda qatar relsdən çıxdı: 18 yaralı

30 Mart 2017 08:52

Yuxunun keyfiyyəti izlənəcək

30 Mart 2017 08:52

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30 Mart 2017 08:49

Meksikada 10 meyit tapıldı

30 Mart 2017 08:47

Opera mini yeniləndi

30 Mart 2017 08:47

Qubada yanğın olub

30 Mart 2017 08:47

Huawei Honor Note 9 modelinin ilk fotosu sızdırıldı

30 Mart 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

30 Mart 2017 08:47

Yuxuda təcavüzə məruz qalan qız polisə müraciət etdi - FOTO

30 Mart 2017 08:43

İnsan beyni ilə kompüteri əlaqələndirəcək

30 Mart 2017 08:37

Bədənində döymə olanlara diqqət!

30 Mart 2017 08:33

Corc Maykl 3 aydan sonra dəfn edildi

30 Mart 2017 08:32

Samsung Galaxy Note 7 yenidən satılacaq

30 Mart 2017 08:32

Tramp qızını da dövlət qulluqçusu etdi

30 Mart 2017 08:28

Bakıda yaşayış binasında yanğın olub

30 Mart 2017 08:27

Twitter pullu olacaq?

30 Mart 2017 08:27

Müalicəvi zəlinin saxlanılma qaydası

30 Mart 2017 08:23

Bağdadda partlayış: 17 ölü

30 Mart 2017 08:22

Liflərdən istifadə asanlaşacaq

30 Mart 2017 08:22

Yaddaşı artırmağın 15 yolu

30 Mart 2017 08:18

Argentinada marixuana leqallaşdı

30 Mart 2017 08:17

3 D printerlə... yaşayış binaları çap ediləcək

30 Mart 2017 08:17

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib

30 Mart 2017 08:12

Smartfonlarda mətn daha tez yığılacaq

30 Mart 2017 08:12

Türkiyə Suriyada yeni əməliyyata başlaya bilər

30 Mart 2017 08:08

"Komandamızın dünya çempionatının finalına çıxmaq şansı var"

30 Mart 2017 08:05

Smartfon ekranının kənar gözlərdən qorunacaq

30 Mart 2017 08:05

İrland dənizi üzərində vertolyot itib

30 Mart 2017 08:05

“Google” fotoqraflar üçün sosial şəbəkə yaradır

30 Mart 2017 08:05

Məhkəmə Tramp əleyhinə növbəti qərar çıxardı

30 Mart 2017 07:59

Şvaynştayger MLS-də!

30 Mart 2017 07:58

Təyyarələrlə bağlı yasağın səbəbi bilindi

30 Mart 2017 07:52

Oturaq insanlar, bunu etsəniz...

30 Mart 2017 07:48

“Ağıllı” lampalar populyarlaşacaq

30 Mart 2017 07:42

İvanka Tramp prezidentin xüsusi müşaviri olacaq

30 Mart 2017 07:40

Məhkəmə eks-prezident barəsində həbs qərarı çıxardı

30 Mart 2017 07:39

“Microsoft” ilk qatlanan noutbuk hazırlayacaq

30 Mart 2017 07:37

Şvaynştayqer rəsmən "Chicago Fire”a keçdi

30 Mart 2017 07:34

Ər arvadının başını hamamda kəsdi - Bakıda dəhşət

30 Mart 2017 07:32