İqtisadiyyat nazirinin müavini UNESCAP-ın icraçı katibinin müavini ilə görüşüb

İqtisadiyyat nazirinin müavini UNESCAP-ın icraçı katibinin müavini ilə görüşüb
16:32 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Gəncə. 23 noyabr. REPORT.AZ/ İqtisadiyyat nazirinin müavini Sahil Babayev BMT-nin Asiya və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin davamlı inkişaf üzrə müavini Kaveh Zahidi ilə görüşüb. 
“Report”un Gəncə bürosu xəbər verir ki, görüş BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) "Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi" mövzusunda 2016-cı il Gəncə İqtisadi Forumu çərçivəsində baş tutub.
Məlumatda deyilir ki, nazir müavini Azərbaycanın UNESCAP-la iqtisadi əməkdaşlığın təşviqi, layihələrin həyata keçirilməsi, texniki yardımların göstərilməsi və potensialın gücləndirilməsi istiqamətində fəal əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. Görüşdə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən olunması üçün Azərbaycanla UNESCAP arasında Niyyət Protokolunun hazırlanması təklif edilib.
Görüşdə SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumunun uğurlu nəticələri qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/i-qtisadiyyat-nazirinin-muavini-unescap-in-icraci-katibinin-muavinini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR