Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA

Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - DYP-dən AÇIQLAMA
16:37 23 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir.

Sayt bu məqamda üz tanıma kimi mühüm xüsusiyyətə malik olan bir sistemin Azərbaycan polisi tərəfindən necə istifadə edilməsi ilə maraqlanıb. Lakin məlum olub ki, Türkiyəli mühəndisin dediyinin əksinə olaraq, Azərbaycan bu kimi üz tanıma sistemini sözügedən ölkədən satın almayıb.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Ekin texnologiyasında sifət tanıma ilə bağlı sistem var: "Ancaq bizim yol patrul xidməti inspektorlarının istifadəsində olan avtomobillərdə belə sistem qurulmayıb. Üz tanıma sistemi ayrıca bir proqramdır. Ola bilər ki, o sistem başqa, yəni gömrük və ya sərhəd-keçid xidmətlərində istifadə olunur. Avtomobillərin tanınması, onların axtarışda olub-olmamasını isə hazırkı sistem müəyyən etmək gücündədir. Yol polisində isə üz tanıma ilə bağlı sistemə hazırda o qədər də zərurət yoxdur.

Bizdə, onsuz da, piyadanın iştirakı olmadan protokulun yazılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ancaq nəqliyyat vasitəsinin sürücüsünün iştirakı olmadan elektron protokol tərtib edilə bilər. Avtomobillərin nömrə tanınma sistemi də hazırda yol patrul xidməti avtomobillərində var. Əgər gələcəkdə piyadaların iştirakı olmadan elektron protokolların tərtib olunması ilə bağlı qanunda dəyişikliklər olarsa o zaman bu cür sistemlərin alınmasına ehtiyac yaranar".

Bəs Post Patrul Xidməti və Çevik Polis Alayının xidməti avtomobillərində belə sistem quraşdırılıbmı ?

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov qafqazinfo-ya açıqlamasında sözügedən xidməti avtomobillərə üz tanıma sisteminin quraşdırılmasından xəbərsiz olduğunu bildirib.

Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov da qeyd edib ki, onun bildiyinə əsasən, nə yol patrul xidməti (YPX) avtomobillərində, nə də ki post patrul xidməti (PPX) avtomobillərində üz tanıma sistemi yoxdur: "Ola bilər ki bu məsələdə hansısa konfidensiallığı nəzərə alırlar, ona görə də açıqlamaq istəmirlər. Bizdə bütün şəxslər haqqında Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) var. O sistemdə hamımızın şəkli var. Həmin foto ilə həyatda görünən görüntünü müəyyən dəqiqliklə eyniləşdirmək olur. Yüz faiz dəqiqləşdirilmə isə dünyanın heç bir yerində yoxdur. Çünki hər hansı şəxs görünüşcə dəyişə bilər.

Ümumiyyətlə isə, üz tanıma hüquq pozuntuları ilə mübarizə üzrə ən son texnologiyalardan biri sayılır. Konkret axtarışda olan adamları həmin texnikalar vasitəsilə tanımaq istəyirlər. Ölkənin ərazisində stasionar kameralar quraşdırılır. O kameralarda da axtarılan şəxs görüldükdə təxmini olaraq axtarılan şəxsin haradan keçməsi qeyd olunur".

Onu da qeyd edək ki, Youtube-də Azərbaycan yol polisinin bu texnologiyadan istifadə etməsi haqda "Ekin Patrol Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında təhlükəsizliyini təmin edir" başlıqlı rolik də yerləşdirilib. Həmin roliki də təqdim edirik:

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Real Madrid" növbəti dəfə İspaniya Superkubokunun qalibi olub

17 Avqust 2017 03:07

İspaniya Superkubokunun qalibi bəlli oldu

17 Avqust 2017 02:59

Venesuelada həbsxanada nəzarətçilərlə məhbuslar arasında toqquşma olub: 35 ölü

17 Avqust 2017 02:52

Rusiyada 120 milyon il əvvələ aid MARAQLI TAPINTI

17 Avqust 2017 02:43

Səudiyyə şahzadəsi vəfat etdi

17 Avqust 2017 02:39

Koalisiya qüvvələri Rəqqaya zərbələr endirib -

17 Avqust 2017 02:10

"Zenit" Hollandiyadan məyus qayıtdı - AVROLİQA

17 Avqust 2017 02:07

Gavalı mürəbbəsinin hazırlanması - Qışa tədarük

17 Avqust 2017 02:03

"Astana" darmadağın olundu, "Başakşəhər" uduzdu - ÇEMPİONLAR LİQASI

17 Avqust 2017 01:57

Almaniyada ilk dəfə qadın hakim kişilər arasında futbol üzrə çempionatı idarə edəcək

17 Avqust 2017 01:57

İraqın Baş naziri:

17 Avqust 2017 01:34

7 ildir dünyanın ƏN YAXŞISI - MELBURN

17 Avqust 2017 01:33

Çempionlar Liqasında növbəti oyunların NƏTİCƏLƏRİ

17 Avqust 2017 01:24

Filarmoniyaya “Akademik” statusu verildi

17 Avqust 2017 01:19

47 yaşlı kişi döyülərək öldürüldü - Gədəbəydə

17 Avqust 2017 01:14

“Qarabağ” ÇL-in qrupuna düşsə, nə qədər qazanacaq? -

17 Avqust 2017 01:14

Əgər Azərbaycanda basketbol inkişaf etsəydi milli komandalarımız belə olardı – FOTOLAR

17 Avqust 2017 01:03

Əfqanıstanda ABŞ hərbçisi İŞİD-ə qarşı əməliyyat zamanı həlak olub

17 Avqust 2017 01:02

Çempionlar Liqasında "pley-off" mərhələsinin ilk oyunlarına yekun vurulub - NƏTİCƏLƏR

17 Avqust 2017 00:47

52 illik müharibə başa çatdı

17 Avqust 2017 00:45

Mayk Pens: “Ümid edirik ki, Latın Amerikası ölkələri də KXDR ilə əlaqələri kəsəcəklər”

17 Avqust 2017 00:43

"Qəbələ"dən gedən ispan Polşa klubunda

17 Avqust 2017 00:37

“Kopenhagen” UEFA-ya şikayət etdi

17 Avqust 2017 00:34

Naxçıvan əhalisinın sayı artıb

17 Avqust 2017 00:32

12 ay ərzində 26 milyon qazandı - İLİN ƏN YÜKSƏK GƏLİRLİ aktrisası oldu

17 Avqust 2017 00:28

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

17 Avqust 2017 00:22

Yumurta qalmaqalı Avropanı bürüyür

17 Avqust 2017 00:17

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08

"Qarabağ"dan Embaloya 2 milyon avro

16 Avqust 2017 23:58

Syerra-Leonedə 100 uşaq daşqın və sürüşmələrin qurbanı olub

16 Avqust 2017 23:57

Ən çox qazanan aktrisa kimdir?

16 Avqust 2017 23:49

İbn Sinanın da istifadə etdiyi KÜNCÜT YAĞININ FAYDALARI

16 Avqust 2017 23:48

Neftimiz ucuzlaşıb

16 Avqust 2017 23:39

Tacikistan məktəblərində hicab, saqqal və cins qadağan edildi

16 Avqust 2017 23:34

İnsan beyni haqda çox maraqlı faktlar - İNANILMAZ

16 Avqust 2017 23:28

VİDEO: Bakıda gənc qız küçədə erotik rəqs etdi

16 Avqust 2017 23:21

Lənkəranda maşın 48 yaşlı kişini vurdu

16 Avqust 2017 23:19

Pilotsuz dəniz nəqliyyatı - sınaqlar 2018-ci ildə başlanacaq

16 Avqust 2017 23:18

Çavuşoğlu xəbərdarlıq etdi -

16 Avqust 2017 23:16

Füzuli rayonunda əl qumbarası tapılıb

16 Avqust 2017 23:07

İspaniyanın sahil mühafizə xidməti 600-ə yaxın miqrantı xilas edib

16 Avqust 2017 23:02

Evləndiyi qadın dələduz çıxdı: Türkiyə vətəndaşı onu axtarır - VİDEO

16 Avqust 2017 22:58

Lənkəranda naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

16 Avqust 2017 22:52

"Kopenhagen" klubu "Qarabağ"ın kapitanından UEFA-ya şikayət edib

16 Avqust 2017 22:47

Türkiyə Almaniyaya nota verdi

16 Avqust 2017 22:37

Ronaldo ilə bağlı şikayət rədd edildi

16 Avqust 2017 22:34

"Real"ın apellyasiya şikayəti RƏDD EDİLDİ

16 Avqust 2017 22:33

ABŞ-da dərman maxinasiyası ilə məşğul olan erməni cinayətkar qruplaşmasının üzvləri həbs edilib

16 Avqust 2017 22:22

Hərbi helikopter qəzaya uğradı - 5 nəfər itkin düşdü

16 Avqust 2017 22:18

“WhatsApp”, “Viber” və “Telegram” messencerlərini vahid çatda birləşdirən proqram hazırlanıb

16 Avqust 2017 22:16