Trampın qələbəsi bu iş adamına 11 milyard GƏTİRDİ - VİDEO

Trampın qələbəsi bu iş adamına 11 milyard GƏTİRDİ - VİDEO
16:37 23 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur iş adamlarından biri, "Berkshire Hathaway" investisiya fondunun sahibi Uorren Baffetin varidatı ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra 11 milyard dollar artıb.

Milli.Az CNBC-yə istinadən bildirir ki, amerikalı multmilyarderin varidat artımının əsas səbəbi maliyyə aktivlərinin səhmlərinin bahalaşmasıdır. ABŞ-da bankların səhmləri Trampın qələbəsindən sonra faiz stavkalarının yüksəlişi və banklar üzərində nəzarətin azalacağı gözləntisi fonunda güclənir.

"Berkshire Hathaway"in investisiya portfelinə daxil olan maliyyə şirkətlərinin aktivləri Baffetə təqribən 4,3 milyard dollar qazandırıb.

Daha 3,8 milyard dolları isə o, bilavasitə sahib olduğu səhmlərin bahalaşması sayəsində əldə edib.

KBW Nasdaq bank indeksinə görə, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsindən sonra bankların səhmləri 13,5 faiz bahalaşıb.

Uorren Baffetin hazırda 70 milyard dolları var və o, dünyanın ən zəngin iş adamlarının reytinqi olan "Bloomberg Billionaires Index"də 2-ci yerdədir.

ABŞ-dakı prezident seçkilərində U.Baffet sabiq dövlət katibi Hillari Klintonu dəstəkləmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492364.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR