10 dini icmaya maliyyə yardımı ayrıldı

10 dini icmaya maliyyə yardımı ayrıldı
16:39 23 Noyabr 2016
66 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

 

DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, maliyyə vəsaitinin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin yüksək səviyyəyə qaldırılması, İslami, eləcə də milli-mənəvi dəyərlərimizin müxtəlif xüsusiyyətli tədbirlər vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

 

S. Salahlı icmalar tərəfindən layihələrin reallaşmasının radikalizmlə mübarizədə də öz müsbət təsirini göstərəcəyini bildirib və bu sahədə dini icmaları daha fəal olmağa çağırıb.

 

Tədbirdə qeyd olunub ki, maliyyə vəsaiti ayrılan Tərtər rayonu “Cümə” məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi  “İmam Rza” məscidi dini icması, Hacıqabul rayonu Qubalıbalaoğlan kənd məscidi dini icması, Abşeron rayonu Saray qəsəbəsi  “Cümə” məscidi dini icması, Qazax rayonu Çaylı kəndi “Səxavət” məscidi dini icması, Qax şəhər məscidi dini icması, Yardımlı rayonu Çayüzü kənd məscidi dini icması, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması, Bərdə şəhəri “İmamzadə” məscidi dini icması və Şəki rayonu Cunud kənd məscidi dini icması ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirəcəklər və yerlərdə keçirəcəkləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən indiyədək 141 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 122-i isə İslam dini icmasıdır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR