Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: “Ermənistan razılaşdırılmış rayonları qaytarmalıdır”

Ərdoğan: “Ermənistan razılaşdırılmış rayonları qaytarmalıdır”

Date: 23 November 2016 16:48

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib.

Publika.az
xəbər verir ki, Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: “Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır”.

Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır.

“Xüsusilə ABŞ, RusiyaFransa öhdələrinə götürdükləri işi dərhal başa çatdırmalıdır. İstəyimiz odur ki, işğal bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsunlar”, - deyə o diqqətə çatdırıb.

Asif


Tags:  Ərdoğan Ermənistan razılaşdırılmış rayonları qaytarmalıdır


RƏYLƏR


Top news