Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türk seriallarından qovulan məşhurlar - Siyahıda azərbaycanlı aktrisa da var - FOTO

Türk seriallarından qovulan məşhurlar - Siyahıda azərbaycanlı aktrisa da var  - FOTO

Date: 23 November 2016 16:57

Serial dünyasında məşhurlar bəzən layihənin qanunlarına riyaət etmir.

Ya şəxsi həyatları ilə, ya da məsuliyyətsizliklərinə görə serialdan qovulurlar.

Milli.Az axşam.az-a istinadən bu halla üzləşmiş məşhurların siyahısını təqdim edir.

"Sakarya Fırat" serialında rol alan Ceren Hindistan məsuliyyətsiz davrandığı üçün uzaqlaşdırılmışdı.

"Yaprak Dökümü"nün "Şevket"i Caner Kurtaran da narkotik maddə istifadəsinə görə bir neçə dəfə həbs olunduğu üçün serialdan qovulmuşdu.

"Kavak yelleri"nin "Efe"si Dağhan Külegec də rejissor Jale İncekolla mübahisə etdiyi üçün serialdan bir müddətlik ayrılmışdı.

Hazırda "Anne" serialında rol alan Qonca Vuslateri "Gönül işleri"nin heyətindən çıxarılmışdı. Onun tərəf müqabili Can Yamanla öpüşərkən yaxanlandığı üçün layihədən qovulduğu iddia edilmişdi.

"Göç Zamanı" adlı serialda çəkilən azərbaycanlı aktrisa Nuranə Bagiyeva iki kişi ilə intim səhnəsindən imtina etdiyi üçün serialdan çıxarılmışdı. 6 ildir Türkiyədə aktrisalıq edən Nuranə üçün ölüm səhnəsi hazırlanmışdı.

Selen Seyven "Kocamın Ailesi" serialından uzaqlaşdırılmışdı.

Selin Demiratar isə "Adanalı" serialından öz istəyi ilə ayrıldığını desə də, prodüserlər onun kaprizləri üzündən layihədən kənarlaşdırıldığını deyiblər.

Bu yaxınlarda "Arkadaşlar iyidir" serialı ilə ekranlara gələn Su Kutlu "Güzel Köylü"də çəkldiyi zaman bir barda dava saldığı üçün serialdan qovulmuşdu.

Milli.Az











Tags:  Türk seriallarından qovulan məşhurlar Siyahıda azərbaycanlı aktrisa var FOTO

RƏYLƏR


Top news