"Qızların voleybol oynaması gözəlliklərin birləşməsi deməkdi" - Cavid Qurbanov

"Qızların voleybol oynaması gözəlliklərin birləşməsi deməkdi" -   Cavid Qurbanov
16:57 23 Noyabr 2016
44 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının Azərbaycanda təşkili ilə əlaqədar müqavilənin imzalanma mərasimi keçirilib. 


Voleybol Mərkəzindəki tədbirə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç və digər rəsmi qonaqlar qatılıblar.


Qonaqları salamlayan C.Qurbanov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olduqlarını xatırladıb. O, dövlət başçısının sərəncamı ilə çempionatın keçiriləcəyini bildirib. Federasiya prezidenti Avropa çempionatının təşkilinə görə əməyi olan hər kəsə minnətdarlıq ifadə edib: "Çalışacağıq ki, bu sınaqdan da alnıaçıq-üzüağ çıxaq. AVF əlindən gələni edəcək ki, çempionat uğurla keçsin. Bunun üçün hər kəsdən dəstək gözləyirik. Voleybol çox gözəl oyundur. Qızların bu oyunu keçirməsi isə gözəlliklərin birləşməsi deməkdir. CEV rəhbərliyinə də buna görə minnətdaram".


A.Rəhimov növbəti çox vacib tədbirə ev sahibliyi edəcəklərini bildirib: "Əminliklə deyə bilərəm ki, qadınlar arasında Avropa çempionatının ilk dəfə Bakıda təşkili ölkəmizin idman tarixində böyük iz buraxacaq. Bizim güclü voleybol komandamız var. Bu yarış isə gənc voleybolçular üçün yeni imkanlar yaradacaq. Çempionatı ən yüksək səviyyədə keçirməyə çalışacağıq. İlk dəfə çempionat iki ölkədə təşkil olunacaq. Bu da dost və qardaş ölkələr arasında idman əlaqələrinin daha da gücləndirilməsi üçün yaxşı fürsətdir. Cavid müəllim və ölkə prezidentinə, eləcə də CEV rəhbərliyinə tədbirin təşkilinə görə minnətdaram".


Gürcüstanın gənclər və idman nazirinin müavini Şalva Qoqoladze ölkəsi üçün belə məsul çempionatı keçirməyin böyük şərəf olduğunu, bunun üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Bu, bizim üçün yeni çağırışdır. Qarşıdakı Avropa çempionatı ölkələrimiz arasında onsuz da yüksək səviyyədə olan münasibətlərin daha da yaxşılaşdırılmasına kömək edəcək".


Gürcüstan Voleybol Federasiyasının prezidenti İrakli Çaçua Avropa çempionatı keçirməyi böyük şərəf adlandırıb və bunun yalnız müsbət tərəflərinin olduğunu vurğulayıb: "Əvvəllər Gürcüstan və Azərbaycan arasında dövlət və iqtisadi layihələr mövcud idisə, indi isə idmanla bağlı böyük layihə icra olunacaq".


A.Borisiç bu ideyanı həyata keçirməyə dəstək verdikləri üçün Azərbaycan və Gürcüstana minnətdarlığını bildirib. Onun sözlərinə görə, hər iki ölkədə voleybolun inkişafına böyük diqqət yetirilir: "Bu gün ölkə prezidenti İlham Əliyev voleybol haqda xoş sözlər dedi. Üstəlik, o, Avropa çempionatının keçirilməsi haqda sərəncamın imzalayıb. Bunlar dövlət başçısı səviyyəsində voleybola göstərilən böyük diqqəti ifadə edir. Belə addımlardan sonra biz çətin vəziyyətdə qalmışıq. Çünki belə yüksək etimadı azərbaycanlı və gürcüstanlı həmkarlarımızla birgə doğrultmağa çalışmalıyıq. Azərbaycana yüksək qonaqpərvərliyə görə minnətdaram. Bütün qonaqların "Bakı-2015" I Avropa Oyunları və Tbilisidə keçirilmiş Avropa Yeniyetmələrinin Olimpiya Festivalındakı kimi məmnun qayıdacaqlarına ümidvaram".


Daha sonra C.Qurbanov, A.Rəhimov və gürcüstanlı nazir müavini arasında Avropa çempionatının təşkilinə dair müqavilə imzalanıb.

Qeyd edək ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək Azərbaycanla yanaşı, Gürcüstanda da təşkil olunacaq. Lakin qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları keçiriləcək. Digər 3 qrup biri Göygöldə, ikisi Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda olacaq. Çempionata 16 komanda qatılacaq. Bunlar ev sahibləri Azərbaycan və Gürcüstanla yanaşı, AVRO-2015-in mükafatçıları Rusiya, Hollandiya və Serbiya, həmçinin, ilk 5-likdə qərarlaşmış Türkiyə və Almaniya yığmalarıdır. Seçmə mərhələnin yekununda isə onlara İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, "pley-off"dan isə Çexiya, Ukrayna və Macarıstan da qoşulub. ("Report")


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32

Azərbaycan neftinin SON QİYMƏTİ

26 İyul 2017 23:27

Tramp maaşını təhsil nazirliyinə verdi

26 İyul 2017 23:24

Körpələrə verilən köməkçi qidanın həcmi nə qədər olmalıdır?

26 İyul 2017 23:22

Natavanın toydan sonra qayınatasıgildə ilk fotosu

26 İyul 2017 23:22

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini olduğu kimi saxlayıb

26 İyul 2017 23:20

Sığorta şirkəti öhdəliyini yerinə yetirmir: Vətəndaş sığorta pulunu ala bilmir - VİDEO

26 İyul 2017 23:17

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiya edib

26 İyul 2017 23:05

Salyan sakini avtomobili aşırdı - FOTOLAR

26 İyul 2017 23:03

Həbib Əlizadədən növbəti kreativ addım - VİDEO

26 İyul 2017 22:57

Dərinin yanmadan qorunması üsulları

26 İyul 2017 22:57

Daşkəsəndə qayın yeznəni döydü

26 İyul 2017 22:49

Bacısı ilə boşandığı üçün aralarında mübahisə düşdü - yeznəsi tərəfindən döyüldü

26 İyul 2017 22:47

Xəzərdə batan iki nəfər xilas edilib

26 İyul 2017 22:45

Cinsi zəifliyi aradan qaldıran cövhər

26 İyul 2017 22:42

Bakıda qardaş bacısına qısqanclıq zəminində 13 bıçaq zərbəsi vurub

26 İyul 2017 22:42

Yayda bu qidalara üstünlük verilməlidir

26 İyul 2017 22:37

Goranboyda "VAZ" aşdı - 3 yaralı

26 İyul 2017 22:29

Bakıya uçan təyyarənin yaxınlığından ballistik raket keçdi - FOTO

26 İyul 2017 22:27

Əsəbilik, zəiflik, qanazlığı BU VİTAMİNİN çatışmazlığından xəbər verir

26 İyul 2017 22:27

Maykl Ceksonun 19 yaşlı qızı siqaret çəkərkən görüntüləndi

26 İyul 2017 22:17

"Android" telefon istifadəçiləri - Diqqətli olun! - VİDEO

26 İyul 2017 22:17

FES illik faiz dərəcəsini 1-1,25% səviyyəsində saxlayıb

26 İyul 2017 22:17

FED uçot dərəcəsini dəyişmədi

26 İyul 2017 22:14

FED uçot dərəcəsi ilə bağlı qərar qəbul etdi

26 İyul 2017 22:12

Bakıda reyd keçirilib - VİDEO - FOTO

26 İyul 2017 22:05

Diş həkiminə ömrünüzdə cəmi bir dəfə gedəcəksiniz - MÖHTƏŞƏM KƏŞF

26 İyul 2017 22:05

"Neftçi" "Şalke" ilə oynadı

26 İyul 2017 22:05

“Neftçi” “Şalke”-yə uduzdu

26 İyul 2017 22:04