O, gözləri ilə yazdığı yazını izləyirdi FOTO-VİDEO

O, gözləri ilə yazdığı yazını izləyirdi FOTO-VİDEO
16:58 23 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

İsveçrənin ən yaxşı saat mütəxəssisi Pierre Jaquet Droz 240 il əvvəl 18-ci əsrə damğasını vuran ən əhəmiyyətli texnoloji inkişaflardan biri olaraq xarakterizə edilən çap maşını robotunu hazırladı. Jaquet Droz bu robotla yazı sənətinə yeni ölçü gətirib.

Robotun içində təxminən 6 min hissə var. Bu hissələrin hamısı robotun öz-özünə işləməsi üçün miniatür halına gətirilib. Robotun içindəki hərflərin yerlərinin dəyişdirmək mümkündür. Beləcə, robot hər cür sözü kağıza köçürə bilir.

Jaquet Drozun 50 yaşında hazırladığı çap maşını 40 işarəlik cümlə yazmaq xüsusiyyətinə sahibdir. Yazmaq üçün robot qaz lələyindən olan qələmi mürəkkəbə batırır, gözləri isə yazdığı yazını izləyir.

Robot yazı yazmaq üçün istifadə etdiyimiz indiki kompüterlərin “atası” hesab edilir. Robot “Muse d-Art et d-Histoire of Neuchatel” muzeyində sərgilənir.

Dilrubə Vaqifzadə


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/177079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR