Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artırır

Date: 23 November 2016 17:12

Gələn il Azərbaycanın dövlət büdcəsindən müdafiə sektoruna 2.642 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ 2017-ci ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Bunun 1.27 milyard manatı müdafiə qüvvələrinə ayrılacaq. Büdcədən "Müdafiə xərcləri" təsnifatı üzrə milli təhlükəsizlik orqanlarına 111.93 milyon, müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 2.64 milyon, digər kateqoriyalar üzrə isə 1.26 milyard manat vəsait yönəldiləcək.

Ümumilikdə gələn il milli təhlükəsizlik və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanması üçün 2017-ci il dövlət büdcəsi xərclərinin 24 faizi həcmində və ya 3,99 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 82,6 milyon manat və ya 21 faiz çoxdur.

Milli.Az


Tags:  Azərbaycan müdafiə təhlükəsizlik xərclərini artırır

RƏYLƏR


Top news