Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı

Date: 23 November 2016 17:12

10 aydır sevgili olan aktyor Orlando Blum və müğənni Keti Perri ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Qərb mediası iddia edir ki, cütlük münasibətlərini bitirib. Ayrılığın səbəbləri tam bəlli olmasa da, hər iki tərəfin dostları fərqli versiyalar irəli sürür.

39 yaşlı O.Blumun dostları deyir ki, o, Ketini atıb:

"Hellouin bayramından sonra Orlando dedi ki, Ketidən ayrılmaq istəyir. Çünki  o, hələ evlənməyə və başqa uşaqla vaxt keçirməyə hazır deyil".

Qeyd edək ki, aktyorun Miranda Kerrdən Flinn adlı oğlu var.

K.Perriyə yaxın olan mənbələr isə bildirir ki, ayrılmaq müğənninin fikridir. O, sevgilisinə deyib ki, yolları tam fərqli olduğu üçün ayrılmalıdırlar.

Milli.Az


Tags:  Məşhur cütlük ayrıldı

RƏYLƏR


Top news