“HOST”-un keçmiş üzvləri Azərbaycanı tərk etdi: HƏMİŞƏLİK!

“HOST”-un keçmiş üzvləri Azərbaycanı tərk etdi: HƏMİŞƏLİK!
17:18 23 Noyabr 2016
147 Şou
Ölkə mətbuatı
A- A+

"HOST" qrupunun keçmiş üzvləri Azərbaycanı tərk edib.

Publika.az xəbər verir ki, "HOST" qrupunun keçmiş üzvləri Promete (Pərviz İsaqov), Qaraqan (Elxan Zeynallı), Dərviş (Fərid) və AiD (Orxan Zeynallı) Amerikaya köçüb.

Bu yaxınlarda Harvard Universitetinin məzunu olan Qaraqan hazırda Nyu-Yorkda yaşayır. Qrupun digər üzvlərinin də Amerikaya bu yaxınlarda köçdüyü deyilir. Əldə etdiyimiz məlumata görə, məşhur rep ifaçıları: AiD və Promete Amerikada həmişəlik qalmaq fikrindədir.

Məlumat üçün bildirək ki, Orxan Zeynallı ötən il ailə qurub. Pərviz İsaqov da evlidir və bir qızı var.

Xatırladaq ki, qrup 2006-cı ildə yaranıb. Bir vaxtlar gənclər arasında məşhurlaşan “HOST” qrupu fəaliyyətini 2012-ci ildə dayandırıb. Qrup üvzləri dağılma səbəbi kimi ayrı-ayrılıqda fəaliyyət göstərməyə qərar verməsi ilə izah etmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/177085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR