Azərbaycanlılar Türkiyədə ev alışını artırıblar

Azərbaycanlılar Türkiyədə ev alışını artırıblar
17:27 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyədə ev alan xaricilər arasında Azərbaycan vətəndaşları ilk onluqda yer alıb. Cari ilin oktyabr ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 42 mənzil alıblar.
"Report"un Türkiyə Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ev alışında əvvəlki ayla müqayisədə 13,5% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, yanvar-oktyabr ayları ərzində ümumilikdə azərbaycanlılar 507 mənzil alıblar.
Qeyd edək ki, Türkiyədə xaricilərə oktyabrda 1 578, yanvar-oktyabr ayları ərzində isə 14 934 ev satılıb. Oktyabrda ən çox ev alan xaricilər siyahısında birinci yerdə İraq vətəndaşları (257 mənzil) qərarlaşıb. Cəmi yanvar-oktyabr ayları ərzində isə iraqlılar 2 507 ədəd ev alıblar. Sonrakı yerlərdə Səudiyyə Ərəbistanı (oktyabrda - 159, yanvar-oktyabrda - 1 446) və Küveyt (oktyabrda - 135, yanvar-oktyabrda - 1 379) vətəndaşları qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanlilar-turkiyede-ev-alisini-artiriblar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR