Azay Quliyev: "Təhqir və böhtana görə ən ciddi cəzalar verilməlidir"

Azay Quliyev: "Təhqir və böhtana görə ən ciddi cəzalar verilməlidir"
17:37 23 Noyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

İstər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək yol­ve­ril­məz­dir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Cinayət Məcəlləsinə "İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə" maddəsinin əlavə edilməsinə münasibət bildirərkən deyib.

A.Quliyev bildirib ki, müasir dövrdə kommunikasiya vasitələrinin inkişafı, xüsusilə ekspertlərin ən yeni media adlandırdığı "Feysbuk", "Tvitter", "Yutub", "İnstaqram", "Linkedin" və s. kimi sosial şəbəkələrin geniş yayılması informasiyanın daha asan və operativ əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

"Yalnız "Feysbuk" sosial şəbəkəsinin istifadəçilərinin sayı hazırda dünyada 1,8 milyarda, ölkəmizdə isə 1,5 milyona yaxındır. Azərbaycan beynəlxalq təşkilatların hesabatlarında internet azadlığına görə ən qabaqcıl yerlərdən birini tutur. Ancaq təəsüflər olsun ki, hazırkı dövrdə sosial şəbəkələrdən cinayət xarakterli əməllərin törədilməsi məqsədilə də istifadə olunması halları mövcuddur və belə hallar artmaqdadır. Belə ki, sosial şəbəkələr vasitəsilə müxtəlif vətəndaşlara, o cümlədən ali dövlət qurumlarında vəzifələr tutan şəxslərə qarşı təhqiramiz və şər-böhtan xarakterli yazıların yayılması tendensiyasını müşahidə etməkdəyik".

A.Quliyev əlavə edib ki, istər həqiqi, istərsə də sax­ta pro­fil­lər vasitəsilə so­si­al şə­bə­kə­lər­də kimlərisə təh­qir etmək, onların işgüzar nüfuzuna xələl gətirmək, şan­taj və böhtan yolu ilə nəyəsə nail olmağa cəhd etmək yol­ve­ril­məz­dir: "Əgər hüquqi tənzimləmə olmazsa, bu, ağır nəticələrə gətirib çıxara bilər. Eyni zamanda biz görürük ki, sosial şəbəkələrdə müəyyən dini-ekstremist, separatçı çağırışlar da edilir".

Deputat vurğulayıb ki, bu gün bu cür qanuna, əxlaqa və mənəviyyata zidd hallara təkcə sosial şəbəkələrdə deyil, "reket" mətbuatda da tez-tez rast gəlinir: "Ümumiyyətlə, hesab edirəm ki, yaradılmış şəraitdən, mətbuat və internet azadlığından sui-istifadə edilməsi qətiyyən yolverilməzdir və bunun qarşısı hüquqi yollarla alınmalıdır. Bu əməlləri törədənlər bilməli və əmin olmaldırlar ki, onların belə qanunsuz hərəkətlərinin ciddi hüquqi nəticələri olacaq. "Reket" fəaliyyəti ilə məşğul olan "mətbu orqanlar" çox şərəfli tarixə və peşəkar ənənələrə malik Azərbaycan mediasına böyük ləkədir.

Onu da deyə bilərəm ki, belə zərərli tendensiyanın qarşısını almaq məqsədilə bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqına daxil olan dövlətlərin qanunvericiliyində müvafiq dəyişikliklər edilməsi, yəni cəzanın daha da sərtləşməsi ilə bağlı addımlar atılır. Misal üçün, bu yaxınlarda İtaliya Senatına təqdim olunmuş qanun layihəsi ölkənin ictimai-siyasi dairələrinin nümayəndələrinin şərəf və ləyaqətini təhqir olunmasına, onlara qarşı şər və böhtan xarakterli yazılara görə jurnalistin 6 ildən 9 ilə qədər həbs cəzasına məhkum olunmasını nəzərdə tutur".

A.Quliyevin fikrincə, bu cəhətdən Azərbaycan qanunvericiliyində bu cür əməllərin aradan qaldırılması məqsədi ilə dəyişikliklərin edilməsi, tən­zim­lən­mə mexanizminin işə salınması vacibdir: "Düşünürəm ki, bu günlərdə Baş pro­ku­ror Za­kir Qa­ra­lovun bu məsələ ilə bağlı Ci­na­yət Mə­cəl­lə­si­nə 148-1-ci (İn­ter­net in­for­ma­si­ya eh­ti­ya­tın­da sax­ta is­ti­fa­də­çi ad­lar, pro­fil və ya he­sab­lar­dan is­ti­fa­də edə­rək böh­tanat­ma və ya təh­qiret­mə) maddənin əla­və edil­mə­si ilə bağ­lı Mil­li Məc­li­sə tək­lif­lər la­yi­hə­si təqdim etməsi vətəndaşların mənafeyinə xidmət edir. Qanuna müvafiq dəyişiklik təklifi qəbul ediləndən sonra sosial şəbəkələrdə saxta profillər yaradaraq insanları təhqir edən şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkara çıxarılması asanlaşacaq və zaman ötdükcə belə mənfi hallar aradan qalxacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Polaroid” şirkəti bazara yeni məhsulları ilə qayıdır

17 Avqust 2017 19:53

Azərbaycan və ABŞ hərbi tibb mütəxəssislərinin görüşü keçirilib

17 Avqust 2017 19:52

Barselonada naməlum sürücü mikroavtobusu kütlənin üzərinə sürüb, xeyli sayda yaralı var

17 Avqust 2017 19:42

"ABŞ-la Çin arasında iqtisadi müharibə gedir -

17 Avqust 2017 19:38

Ekspert: "Həmsədrlər münaqişənin humanitar tərəflərinə daha çox diqqət yetirməlidirlər"

17 Avqust 2017 19:33

“Kopenhagen” klubunun “Qarabağ” komandasına qarşı şikayəti RƏDD EDİLDİ - RƏSMİ

17 Avqust 2017 19:23

"Azercell" 4G dəstəkli yeni smartfon kampaniyası keçirir

17 Avqust 2017 19:22

Terrorçular 20-dən çox polisi qətlə yetirdi

17 Avqust 2017 19:15

Ölkədə çılpaq çimərliklərin sayı durmadan artır

17 Avqust 2017 19:13

Göygöldə dəhşətli qətl - qadının başını kəsdilər

17 Avqust 2017 19:03

“Ona elə işgəncələr verdilər ki...” – Saakaşvili barədə ŞOK İTTİHAM

17 Avqust 2017 18:58

Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülüyü 6% artıb

17 Avqust 2017 18:57

Azərbaycanlı və erməni "vor-zakon"lar arasında miras davası - FOTOLAR

17 Avqust 2017 18:53

Göygöldə dəhşətli QƏTL: birinin başı kəsildi, o biri isə...

17 Avqust 2017 18:49

Dünyanın ilk mavi şərabı istehsal edildi

17 Avqust 2017 18:43

Ağsu rayonuna 5,8 milyon manat

17 Avqust 2017 18:32

Duzlu suya 220 volt enerji verilsə, nə baş verər?

17 Avqust 2017 18:30

Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"

17 Avqust 2017 18:28

Mübariz Mənsimov övladları ilə Bodrumda - VİDEO

17 Avqust 2017 18:27

Göygöldə bir nəfərin başı kəsilərək bədənindən ayrılıb, daha birinə ağır xəsarətlər yetirilib

17 Avqust 2017 18:27

Bu səhvə görə 600-dan çox bal toplayıb qəbul olmadılar

17 Avqust 2017 18:25

Göygöldə 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb

17 Avqust 2017 18:22

Ağdaşda yol qəzası baş verib, 3 nəfər xəsarət alıb

17 Avqust 2017 18:22

Boliviyanın xarici işlər naziri Azərbaycana gəlir

17 Avqust 2017 18:19

III Dünya müharibəsi bitdi: Putinin sevimli silahı və ABŞ-ın ikinci Perl-Harbor FACİƏSİ

17 Avqust 2017 18:18

"Barselona" yeni transferini rəsmən açıqladı: 40 milyon

17 Avqust 2017 18:17

BolqarıstanTürkiyə ilə sərhədə əsgər göndərir

17 Avqust 2017 18:12

Kosmosda əylənən astronavt: Meyvə şirəsi içmək istədi, amma... - VİDEO

17 Avqust 2017 18:08

Bölgə gəncləri üçün “Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatıb

17 Avqust 2017 18:07

"Azəravtoyol"a 5,8 milyon manat ayrıldı - SƏRƏNCAM

17 Avqust 2017 18:04

Sudan Prezidenti İlham Əliyevi təbrik edib

17 Avqust 2017 18:00

Bakıda bacı-qardaşı öldürən şəxs: "Anasının qışqırıq səsinə qızı evdən çıxdı"

17 Avqust 2017 17:57

Nazim İbrahimov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib

17 Avqust 2017 17:57

Səngəçal terminalından 141 mln. bareldən artıq neft və kondensat ixrac edilib

17 Avqust 2017 17:57

Yüksək bal toplayan abituriyentlər niyə ali məktəbə qəbul olmadı? - AÇIQLAMA

17 Avqust 2017 17:54

Sudan prezidenti İlham Əliyevi təbrik etdi

17 Avqust 2017 17:53

FİFA 2017-ci ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb

17 Avqust 2017 17:52

Sabaha olan məzənnə

17 Avqust 2017 17:50

MİT PKK-nın Suriya planını pozdu - FOTOLAR

17 Avqust 2017 17:48

Sudanın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

17 Avqust 2017 17:42

"Salam taksi"də fırıldaqçılıq

17 Avqust 2017 17:40

Feysbukdan növbəti YENİLİK – FOTO

17 Avqust 2017 17:38

"Mavi itlər" küçələrə axışdı

17 Avqust 2017 17:38

Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə 5,8 milyon manat ayrılıb

17 Avqust 2017 17:37

“ASUS ZenFone 4” və “ZenFone 4 Pro” smartfonları rəsmən təqdim edilib

17 Avqust 2017 17:35

"Həmsədrlər prezidentlərin növbəti görüşünün təşkili üzərində işləyirlər"

17 Avqust 2017 17:34

Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planını yerli məhkəmə təsdiqləyib

17 Avqust 2017 17:32

Müslüm Maqomayevin xatirəsi yad edilib

17 Avqust 2017 17:32

Quduz it 5 yaşlı körpəni dişləyib öldürdü - AZƏRBAYCANDA DƏHŞƏT

17 Avqust 2017 17:29

Ölülərin fotoşəkillərini evdə saxlamayın, YOXSA ...

17 Avqust 2017 17:28