Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Boksçumuz erməni ilə döyüşəcək

Boksçumuz erməni ilə döyüşəcək

Date: 23 November 2016 17:37

Sankt-Peterburqda gənc boksçular arasında dünya birinciliyində 1/8 finala yekun vurulub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü daha bir mərhələ adlayıb.

Belə ki, boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev irlandiyalı Patrik Donovana çətinliklə də olsa qalib gəlib - 3:2. Təmsilçimiz yarımfinal üçün Ukrayna millisinin erməni əsilli idmançısı Zorovar Petrosyanla döyüşəcək.
 
Yığmamızın heyətində ən ağır çəki dərəcəsində rinqə çıxan Məhəmməd Abdullayev (+91 kq) də komanda yoldaşı kimi irlandiyalı üzərində qələbə qazanıb. O, Şihi Kevin 5:0 hesabı ilə məğlub edib. Abdullayev növbəti qarşılaşmasında Justis Hunini (Avstriya) sınağa çəkəcək.
 
Onlardan fərqli, Ramazan Abdullayevlə  (56 kq) Pərviz Quliyev (69 kq) 1/8 finalda mundialla vidalaşıblar. Onlar müvafiq olaraq, Sam Qudmana (Avstriya) və Pavlo Qula (Ukrayna) uduzub. 

Milli.Az


Tags:  Boksçumuz erməni döyüşəcək

RƏYLƏR


Top news