Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İkiqat olimpiya çempionu qazandığı medallardan məhrum oldu

İkiqat olimpiya çempionu qazandığı medallardan məhrum oldu

İkiqat Avropa çempionu Renad Əliyevin məhkəməsi başladı (14 Mart 2017 14:53)
Zülfiyyə Hüseynovaya niyə təqaüd verilmir? - RƏSMİ AÇIQLAMA (06 Mart 2017 17:57)
Olimpiya çempionu medallarını satdı - 180 min dollara (27 Fevral 2017 17:17)

Tarix: 23 Noyabr 2016 17:42

Ağırlıqqaldırma üzrə qazaxıstanlı olimpiya çempionu İlya İlyin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum olub. 94 kq çəkidə çıxış edən İ.İlyinin A və B nümunələrinin təkrar analizindən sonra dopinq-testi müsbət nəticə verib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş preparat izləri aşkarlanıb. İdmançının olimpiadada qazandığı medal və diplomlarının alınması ilə yanaşı, nəticələrin də ləğv edilməsinə qərar verilib.

Diskvalifikasiya müddəti barədə qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyası çıxaracaq. 

Qeyd edək ki, "Pekin-2008"də Azərbaycanı ağırlıqaldırma növü üzrə 94 kq çəki dərəcəsində Nizami Paşayev, "London-2012"də isə İntiqam Zairov təmsil edib. Lakin hər iki atlet dopinq-testdən keçə bilməyib.  

Milli.Az


Teqlər:  İkiqat olimpiya çempionu qazandığı medallardan məhrum oldu



RƏYLƏR


Top xəbərlər