Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BMT-nin yeni seçilmiş baş katibi Rusiyaya səfər edəcək

BMT-nin yeni seçilmiş baş katibi Rusiyaya səfər edəcək

Date: 23 November 2016 17:42

Bakı. 23 noyabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin noyabrın 24-də Moskvada BMT-nin yeni seçilmiş Baş katibi Antoniu Qutyerreşi qəbul edəcək.
"Report" "İnterfaks" istinadən xəbər verir ki, görüşün gündəliyindəki beynəlxalq məsələlərdə BMT-nin mərkəzi əlaqələndirici rolununun gücləndirilməsi, təşkilatın, o cümlədən terrorla mübarizədə fəaliyyətinin səmərəliliyinin yüksəkdilməsi daxildir.
Tərəflər eyni zamanda Suriyadakı və Ukraynadakı kəskin böhran məsələlərini müzakirə edəcəklər.
Xatırladaq ki, bu ilin oktyabr ayında Portuqaliyanın keçmiş baş naziri A.Qutyerreş BMT-nin yeni baş katibi seçilib. O, səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq və  2021-ci i dekabrın 31-dək bu vəzifədə çalışacaq. Onu da əlavə edək ki, bu postda A.Qutyerreş Pan Gi Munu əvəzləyəcək.


Tags:  BMT-nin yeni seçilmiş baş katibi Rusiyaya səfər edəcək

RƏYLƏR


Top news