Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neymar həbs edilə bilər

Neymar həbs edilə bilər

Date: 23 November 2016 17:42

İspaniya prokurorluğu Neymarın 2 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçunun atası, "Barselona"nın eks prezidenti Sandro Rossel və "Santos" da ittiham olunanlar sırasındadır.

Rosselə 5 il həbs cəzası və 8.4 milyon avro cərimə kəsilməsi istənilib. Qeyd olunanlar 2013-cü ildə Neymarın katalon klubuna transferi zamanı DIS investisiya kompaniyasını aldatmaqda təqsirləndirilir. Həmin vaxt bu şirkət "sambaçı"nın 40% hüquqlarına sahib idi.

Milli.Az


Tags:  Neymar həbs edilə bilər

RƏYLƏR


Top news