Azərbaycan 40 ölkə ilə vergi borclarının yığılması üçün danışıqlar aparır

Azərbaycan 40 ölkə ilə vergi borclarının yığılması üçün danışıqlar aparır
17:47 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ “Vergilər Nazirliyi digər dövlət orqanları ilə razılaşdırmaqla qarşılıqlı məlumat mübadiləsi və vergi borclarının alınması haqqında model memorandum layihəsi hazırlayıb və artıq 40-dan çox dövlətə təqdim edilib”. “Report” xəbər verir ki, bunu Vergilər Nazirliyi Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin Beynəlxalq əməkdaşlıq İdarəsinin rəisi Ülvi Yusifov deyib.
Ü.Yusifovun sözlərinə görə, bu memorandum vergilərin yığılmasını asanlaşdıracaq: “Hazırda yazışmalar yolu ilə müzakirələr aparılır. Bu, həm avtomatik məlumat mübadiləsinə, həm də ölkə ərazisndə yığıla bilməyən borcların xarici həmkarlar vasitəsi ilə yığılmasına şərait yaradacaq”.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-40-olke-ile-vergi-borclarinin-yigilmasi-ucun-danisiqlar-aparir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR