Cavid Qurbanov: "Bakı Dairəvi dəmir yolunun təmiri sürətləndiriləcək"

Cavid Qurbanov: "Bakı Dairəvi dəmir yolunun təmiri sürətləndiriləcək"
17:47 23 Noyabr 2016
116 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı Dairəvi dəmir yolunun təmirini qısa zamanda başa vurmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri jurnalistlərə qurumun rəhbəri Cavid Qurbanov deyib.

Bununla belə, o, təmir işlərinin nə zaman başa çatacağı və dəmir yolunun istismara veriləcəyi tarix barədə dəqiq məlumat verməyib.

C.Qurbanov deyib: "Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur. Bu, o deməkdir ki, 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir".

Cavid Qurbanov Bakı-Sumqayıt dəmir yolunun da qısa müddət ərzində bərpa olunduğunu deyib.

Qeyd edək ki, bu layihə həyata keçirildikdən sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə nəqliyyat problemi qismən də olsa aradan qaldırılacaq. 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR