"Yoruldum, yaxşılığın mükafatı budurmu?" - Xoşqədəm

"Yoruldum, yaxşılığın mükafatı budurmu?" -  Xoşqədəm
17:51 23 Noyabr 2016
714 Şou
Ölkə mətbuatı
A- A+

“Heç vaxt insanlardan küsmədim. Məni vurublar, yenə ayağa qalxmışam”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Xişqədəm Hidayətqızı “Bizə danış” verilişində deyib.

O yaxşılıq etdiyi insanlardan xəyanət gördüyünü bildirib:

“Qəlbimə dəyiblər keçmişəm. Ev, torpağ aldığım, əynimin paltarını verdiyim, yerimi, kreslomu verdiyim, çətin anlarında yanında olduğum, əlindən tutduğum insanlardan o qədər böyük zərbələr almışam ki... Hər dəfə bağışlamışam, demişəm, eybi yoxdur, Allah baxır. Amma artıq yoruldum. Yaxşılığın mükafatı budurmu?

Qərara gəlmişəm, hər şeyi açıq demək lazımdır. Hər kəsə layiq olduğu yeri zamanında göstərməlisən. Başıma gəlib, kiməsə layiq olduğu cavabı vaxtında verməsən, bir müddət sonra sizə daha ağır zərbə vuracaq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR