Ayan ürəyini açdı: "Əvvəl uşaq idim, indi ağıllanmışam" - FOTO

Ayan ürəyini açdı: "Əvvəl uşaq idim, indi ağıllanmışam" - FOTO
17:52 23 Noyabr 2016
137 Şou
Ölkə mətbuatı
A- A+

İstanbulda yeni layihələrə başladığını deyən müğənni Ayan Babakişiyeva "Hələ təzə başlamışam, davam etsin, görərik" dedi. Yeni "Məktub" mahnısını da təqdim edən Ayan "Bunu Xumar Qədimova da oxuyub. Ancaq o zaman uşaq idim, mənasını dərk etmirdim, indi ağıllanmışan" deyib zarafat etdi. Ayanın "Evdə gül əlindən özümə yer tapmıram" fikri də diqqət çəkdi. Aparıcı Füruzə Cəlilovanın "Kimdir o bəxtəvər?" sualı isə cavabsız qaldı. 

Müğənni Elvin Abdullayevin məlahətli səsi, canlı ifa etdiyi mahnılar bu səhərə başqa rövnəq verdi.

Nərmin Kərimbəyova ilə Kərim Abbasovun canlı ifası növbəti gün bazar səhərini bəzədi. Lakin Kərim də atmacalarsız ötüşmədi. Aparıcının "Yeni planlar varmı?" sualına "Deməyəcəyəm, inciməyin. Deyirəm konsert verəcəyəm, neyləyirlərsə, verə bilmirəm. Klip vəd edirəm, o da olmur. Daha bəsdir də..." cavabını verdi. Belə məlum oldu ki, Kərim göz-nəzərdən yaman qorxur.

Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair reportajlar və verilən "SOS" siqnalları umidvarıq ki, hədəfinə çatdı.

Heydər Rəsulzadənin cüzam xəstələri haqda araşdırması böyük tamaşaçı rezonansına səbəb oldu. Sən demə, cüzamlılar qaldıqları xəstəxananın yaxınlığında olan Umbakı qəsəbəsində tam sərbəst gəzirlər. Bu qorxulu infeksiya haqda qəsəbə sakinləri niyə bilmirlər? Buna kim şərait yaradıb? Bütün bu suallara materialda ətraflı cavab tapıldı.

Lamiyə Əliyeva yenə də şəhərin müxtəlif yerlərində 3 açar gizlətdi. Onları tapan fanatlar Xəyyam Nisanovla "Ulduzlu açar" rubrikasında görüşəcəklər.

Suraxanı Rayon Məşğulluq İdarəsinin direktoru Sənan Məmmədzadə rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqda məlumat verir. İş axtaran seyrçilərin, sadəcə, canlı efir zamanı 404 31 15 şəhər nomrəsinə zəng vurmaları kifayətdir.

Bütün bunlara Xəzər TV-nin tamaşaçıları noyabrın 19-da efirə gedən "Oyan Azərbaycan" verilişində baxa biləcəklər. 

Qeyd edək ki, trend.az, day.az, milli.az -ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/492238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR