Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir

Bayram günlərində dəmir yolunda gücləndirilmiş rejim tətbiq olunacaq (15 Mart 2017 10:19)
Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq (15 Mart 2017 08:27)
Bakı-Böyük Kəsik istiqamətində daha 10 km yol yenilənir (09 Mart 2017 09:52)

Tarix: 23 Noyabr 2016 17:52

Bakı.  23 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də Estoniyanın “EVR Cargo” dövlət dəmir yolu daşımaları şirkətinin İdarə Heyətinin sədri Raul Toomsalu ilə görüş keçirilib.
ADY-dən "Report"a daxil olan məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmir yolu sahəsində reallaşdırılan layihələr, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri haqqında ətraflı məlumat verib.
İkitərəfli görüşdə Azərbaycan və Estoniya dəmir yolları qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müzakirə olunub.
R.Toomsalu çıxış edərək “Azərbaycan Dəmir Yolları” QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib, tranzit yük daşımaları sahəsində gələcək əməkdaşlığın konturları haqqında məlumat verib.

Teqlər:  Azərbaycan Estoniya dəmir yolları sahəsində əməkdaşlığı genişləndirir



RƏYLƏR


Top xəbərlər