Biri formal, biri həlledici

Biri formal, biri həlledici
17:57 23 Noyabr 2016
87 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən hər iki Azərbaycan klubu da növbəti sınağına çıxacaq.

"Qəbələ" və "Qarabağ" əhəmiyyət baxımından fərqli matçlarını keçirəcək. Öncə meydana "qırmızı-qaralar" çıxacaq. Son ev matçı "Qəbələ" üçün formal xarakter daşıyacaq. Çünki təmsilçimiz 1/16 final şanslarını itirib.
 
Belçikanın "Anderlext" klubunu qəbul edəcək Roman Qriqorçukun yetirmələri ilk xal üçün "döyüşəcək". Topaz Premyer Liqasının lideri V qrupunun zirvəsində qərarlaşan rəqiblə qarşılaşmada məğlubiyyət seriyasını qırmaqla həm də Azərbaycanın UEFA reytinqini növbəti töhfəsini verməlidi.
 
Ardıcıl 5 görüşdə uduzan "qırmızı-qaralar" belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə də iddialıdı. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin "Qəbələ" bu dəfə meydana baş məşqçisiz çıxacaq. Cəzalı olan Qriqorçukun komandasını texniki zonadan kənardan idarə etməyə məcburdu.
 
J qrupunda çıxış edən "Qarabağ" üçün isə sabahkı oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar "Slovan"la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdi.
 
Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi.
 
Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində "Fiorentina"nı məğlub etməməlidi. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.
 
Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan "Qarabağ" autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan "Qarabağ" ardıcıl 3-cü qələbəsinə köklənib.
 
Çexiya təmsilçiləri ilə əvvəlki matçlarda qələbəsi olmayan, səfərdə qol vurmayan ağdamlılar üçüm bərabərlik qənaətbəxş sayılmalıdı. Əgər bu nəticə vəsiqənin təmin edilməsi üçün yetərli olmasa belə, çexiyalılarla ardıcıl 3 dəfə heç-heçə edən Azərbaycan çempionunun taleyi öz əlində qalacaq.

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

C qrupu

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) 

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. 8-ci km qəsəbə stadionu

1

"Anderlext" (Belçika)

4

2

2

0

11-4

8

2

"Sent-Etyen" (Fransa)

4

2

2

0

5-3

8

3

"Maynts" (Almaniya)

4

1

2

1

6-10

5

4

"Qəbələ" (Azərbaycan)

4

0

0

4

4-9

0

J qrupu

22:00. "Slovan" (Liberets, Çexiya) - "Qarabağ" (Azərbaycan) 

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San-Marino)

UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)

Liberets. "U Nişi" stadionu 

1

"Fiorentina" (İtaliya) 

4

3

1

0

11-2

10

2

"Qarabağ" (Azərbaycan)

4

2

1

1

6-7

7

3

PAOK (Yunanıstan)

4

1

2

1

2-4

4

4

"Slovan" (Çexiya)

4

0

1

3

4-10

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR