Bakı. 23 noyabr. REPORT.AZ/ Hazırda Bakı şəhərinin Abdulvahab Salamzadə küçəsi (əsas yol), Qələbə dairəsindən Ziya Bünyadov prospekti istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilən yolda sıxlığın yaranmasına ərazidə aparılan təmir işləri səbəb olub. Ərazidə təmir işləri “Azərsu” ASC tərəfindən icra edilir.