Samir Bağırov barədə yaxın dostu danışdı: "Yaxşı ki, ondan ayrıldım, iyrənirəm" - FOTOLENT

Samir Bağırov barədə yaxın dostu danışdı: "Yaxşı ki, ondan ayrıldım, iyrənirəm" - FOTOLENT
18:19 23 Noyabr 2016
8015 Digər
Ölkə mətbuatı
A- A+

 

“Allaha yalvardım ki, məni Samir Bağırovdan ayırsın”. Bu sözləri Lent.az-a müğənni Samir Bağırovun ən yaxın dostu olmuş stilist Samiraldo (Samir Əliyev) deyib. O bildirib ki, bir də S.Bağırovla dostluq etməyəcək: “Mən hər zaman Samirə kömək, dayaq olurdum. Amma sonra gördüm ki, bu insan mənim bütün yollarımı bağladı. Hər bir adama Allah tərəfindən göndərilən ruzi var. Düz 20 il bütün şansımı ruzimi ona verdim. Nə o, nə də mən bu şansdan istifadə etmədim. Ondan ayrılandan sonra hər bir işim yolunda getdi, bütün ruzim özümə qayıtdı. Axırıncı dəfə ona bir neçə dəfə zəng etdim, amma dəstəyi açmadı. Bu zəngdən bir müddət sonra ona yaxın bir adamdan eşitdim ki, arxamca xoşagəlməz sözlər işlədib. Bunu eşidəndən sonra qəlbim sındı. Mən dostlarımdan inciyəndə, küsəndə pis inciyirəm. Yəni silirəm, elə silirəm ki, həmin adamın adı gələndə artıq mən iyrənirəm. Günlərin bir günü mən Allaha dua etdim ki, elə eləsin, mən Samirdən uzaqlaşım. Çünki mən istəsəm də, ondan uzaqlaşa bilmirdim, ona bağlanmışdım. Ona o qədər bağlı idim ki, hər dəqiqə, hər saniyə onu fikirləşirdim. Amma indi ondan uzaqlaşdığım üçün şükür edirəm. Hazırda öz zəhmətimin bəhrəsini görürəm”. 

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR