Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“İnternetdə uşaqların hüquqları” mövzusunda tədbir keçirilib

“İnternetdə uşaqların hüquqları” mövzusunda  tədbir keçirilib

Date: 23 November 2016 18:35

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Təhsil Nazirliyi ilə birgə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin ildönümü münasibətilə "İnternetdə uşaqların hüquqları" mövzusunda  tədbir keçirib.
 
Tədbir internetdə uşaq hüquqları, bu hüquqlardan istifadə zamanı internetdən təhlükəsiz istifadənin təbliği, uşaqların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədi daşıyıb.
 
Nazirliyin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilmiş tədbirə Sumqayıt, Gəncə (2 mərkəz), Mingəçevir, Lənkəran, BərdəQazax şəhərlərindəki Təlim-Tədris mərkəzləri də video-konfrans vasitəsilə qoşulub.
 
Dinləyici kimi həm Bakıda, həm də regionlardakı mərkəzlərdə  orta ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri olmaqla 150 nəfər iştirak edib.
 
Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi çıxış edərək BMT-nin "Uşaq Hüquqları Konvensiyası", "Uşaq hüquqları haqqında" Azərbaycan  Respublikasının Qanunu və ölkəmizdə mütəmadi olaraq keçirilən "Uşaq hüquqları aylığı" barədə, habelə internetdə uşaqların hüquqları və internetdən təhlükəsiz istifadə ilə bağlı məlumat verib.
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf  Cabbarov virtual aləmdə uşaq hüquq və azadlıqları ilə bağlı keçirilən tədbirin vacibliyini vurğulayıb və bu kimi tədbirlərin mütəmadi keçirilməsi üçün mərkəzdə hər bir şəraitin olduğunu bildirib. 
 
Sonda həm Bakıda, həm də regionlarda yerləşən Təlim-Tədris Mərkəzində iştirak edən uşaqları maraqlandıran suallar cavablandırılaraq müvafiq tövsiyələr verilib.









Tags:  İnternetdə uşaqların hüquqları mövzusunda tədbir keçirilib


RƏYLƏR


Top news