"Qəbələ"nin baş məşqçisi: "Avropa Liqasının hər oyunu vacibdir"

"Qəbələ"nin baş məşqçisi: "Avropa Liqasının hər oyunu vacibdir"
18:47 23 Noyabr 2016
49 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Qrupdakı vəziyyət baxımından bu yer bizim üçün o qədər də önəmli deyil. Ancaq Avropa Liqasının hər oyunu vacibdir. Bu baxımdan nəticə qazanmağa çalışacağıq".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin V turunda Belçika "Anderlext"i ilə Bakıda keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Ukraynalı baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- "Sent-Etyen"lə oyunda rəqiblərin güclü olmasına baxmayaraq, bərabər oyun göstərdiyinizi demişdiniz. Sabahkı oyunda da bunu demək olar?
- Qrupdakı rəqiblərimizin güclü olduğunu başa düşürük. Düzdür, onlardan geri qalırıq. Amma çıxış etdiyimiz çempionatlar arasında da fərq böyükdür. "Qəbələ" özünə inamlı şəkildə oynamalı, futbolçular var gücləri ilə mübarizə aparmalıdırlar. Əvvəlki oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq. Bir az bəxt biz tərəfdə olmalıdır. Bunlar üst-üstə düşdüyü halda qalib gəlmək şansımız var.
- Əvvəlki oyunlarda tam heyətlə çıxış etmək mümkün olmadı. Sabah heyətdə vəziyyət necə olacaq?
- Artıq zədəli futbolçularımız qayıdıb. Yalnız Sergey Zenyov zədəlidir. O, sabah meydana çıxa bilməyəcək. Sabahkı oyunda heyətdə az yer alan futbolçulara şans verəcəyik. Bu zaman biz onlar haqda daha yaxşı məlumat ala biləcəyik.
- "Qarabağ"la Premyer Liqa matçı üçün bəzi oyunçuları qoruyacaqsınız?
- Onların hansı vəziyyətdə olması bizə deyiləcək. Ağlıma
- "Anderlext"lə oyunda motivasiya nə olacaq?
- Ağlıma gətirə bilmərəm ki, futbolçu qrup mərhələsində olsun, amma motivasiya olmasın. Bu futbolçunun karyerası üçün uğurlu ola bilər. Çünki həmin futbolçuları mütəxəssislər izləyir. Onları bəyənib başqa komandalara apara bilərlər. Motivasiyası olmayan futbolçu inanmıram ki, olsun. Belə olsa, o gözümdən düşər.
- Sənan Qurbanov texniki zonada sizin yerinizdə olanda "Qəbələ" uduzmur. Bu statistika sabah da davam edəcək?
- Arzu edirəm ki, bu davam etsin.
- "Qəbələ" qrupdakı vəziyyətinə görə təzyiq altında olmayacaq. "Anderlext"də isə mövqe baxımından vəziyyət fərqlidir və bu səbəbdən rəqib təzyiq altında olacaq. Bunu "Qəbələ" üçün üstünlük saymaq olar?
- Bəli, biz psixoloji üstünlüyə malik olacağıq. Rəqib son oyunlarda istədiyi çıxışı edə bilmir. Bu səbəbdən yaxşı futbol göstərmək lazımdır. Amma ustalıq səviyyəsində üstünlük daha vacibdir.
- Rəqib iki səfər oyununun heç birində qalib gələ bilməyib. Statis
- Biz statistikanı müzakirə edə bilərik. Amma bunun sabahkı oyuna təsir edəcəyini düşünmürəm.
- Hazırda şansınız olsa, "Qarabağ"la, yoxsa "Anderlext"lə oyunda qələbəni seçərdiniz?
- Təbii ki, "Qarabağ". Amma mən seçdiyim daha çətindir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-bas-mesqcisi-avropa-liqasinin-her-oyunu-vacibdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR