Saçına rəng qoyan ana və övladı ölümdən döndü - FOTO

Saçına rəng qoyan ana və övladı ölümdən döndü - FOTO
19:05 23 Noyabr 2016
139 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə 5 aylıq hamilə olan Ces Strachan adlı qadının başına faciəvi hadisə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Ces saçını boyamaq qərarına gəlib. Bu zaman boya alergik reaksiya verib və qadının üzü şişməyə başlayıb. Başı iki dəfəyədək böyüyən Strachanın üz nahiyəsində o qədər şiş olub ki, gözlərini belə aça bilməyib.

Dərhal təcili yardıma zəng vuran Ces xəstəxanaya çatdırılıb. Həkimlərin köməkliyi ilə o və övladı son anda ölümdən qurtulub.

Tibb işçilərinin sözlərinə görə, reaksiya xaricə deyil, daxilə təsir etsəydi, o zaman ana da, uşaq da öləcəkdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR