Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məşhur simaların iştirakı ilə Hollivud filmi Azərbaycan dilinə dublyaj olundu - FOTO

Məşhur simaların iştirakı ilə Hollivud filmi Azərbaycan dilinə dublyaj olundu - FOTO

Date: 23 November 2016 19:05

Yerli kinoteatrlar üçün məşhur şəxslərin iştirakı ilə "Amerika Pastoralı" Hollivud filmi Azərbaycan dilinə dublyaj olunub.

Bu məlumatı "CinemaPlus" kinoteatrının sosial səhifəsində görmək olar.  

Qeyd edək ki, film amerikalı yazıçı Filip Rotun eyni adlı romanı əsasında çəkilib. Filmdə nümunəvi amerikalı - qanuna tabe olan vətəndaş, sevən ər və qayğıkeş ata, atasının vəfatından sonra varisi olmuş öz fabrikində işləyən sahibkar haqqında danışılır. Amerika cəmiyyəti belələrin üzərində dayanır, çiçəklənən və İkinci Dünya müharibəsindən sonra çoxdan gözlənilən sakitçilik içində yaşayanlar.

60-cı illər gəlir və sevimli qızı evdən qaçıb siyasi terror yoluna düşdükdən sonra bu iddiliya dağılmağa başlayır. Dramın rejissoru məşhurlaşmış şotland aktyoru Yuen MakQreqordu. Filmdə baş rolu da məhz özü oynayıb. 

Milli.Az







Tags:  Məşhur simaların iştirakı Hollivud filmi Azərbaycan dilinə dublyaj olundu FOTO

RƏYLƏR


Top news