Tatyana Qolyakova "Qu gölü" tamaşasında çıxış edəcək

Tatyana Qolyakova "Qu gölü" tamaşasında çıxış edəcək
19:12 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq vokal və balet sənəti ulduzlarının iştirakı ilə tamaşaların nümayişini davam etdirir.

Bu sıradan növbəti tamaşa dekabrın 10-da baş tutacaqdır. Həmin gün Teatrımızda nümayiş olunacaq P.Çaykovskinin "Qu gölü" baletinin tamaşasında baş rolu - Odetta-Odilliya partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artisti, beynəlxalq müsabiqələr laureatı Tatyana Qolyakova dəvət olunmuşdur. Onun tərəf müqabili kimi şahzadə Ziqfrid rolunu  isə digər bir ukraynalı balet ulduzu beynəlxalq müsabiqələr laureatı Viktor İşşuk ifa edəcəkdir.

Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov  idarə edəcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/492426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR