"Pley-off mərhələsinə çıxmağa layiq deyildik"

"Pley-off mərhələsinə çıxmağa layiq deyildik"
19:12 23 Noyabr 2016
58 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenhem" Çempionlar Liqasında mübarizəni dayandırıb. London klubu qrup mərhələsinin 5-ci oyununda "Monako"ya uduzub - 1:2.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Maurisio Poçettino bunları deyib:

"Edilən səhvləri təhlil etmək üçün vaxtımız olacaq. Özümüzü məyus hiss edirik. Bu gün bir sıra qol imkanlarımız oldu. Çempionlar Liqasının pley-off mərhələsinə çıxmağa layiq deyildik. Bunun üçün lazımi səviyyədə oynamadıq. Öz səhvlərindən öyrənib daha yaxşı olursan. Artıq Premyer Liqada bizi qabaqlayan komandalarla xal fərqini aradan qaldırmaq üçün çalışacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR