Bakı. 23 noyabr. REPORT.AZ/ Misir Prezidenti Əbdul Fəttah Əl-Sisi əfv sərəncamı imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla 82 misirli gənc cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Siyahıya əsasən universitet tələbələri, o cümlədən üç jurnalist də daxildir. Gənc məhbusların siyahısı prezident tərəfindən yaradılmış müstəqil komitənin tövsiyələri əsasında ötən ay Şarm Əl-Şeyxdə keçirilən birinci Gənclər Konfransında tərtib edilib. Sənəd bu il ərzində prezident tərəfindən imzalanan dördüncü əfv sərəncamıdır.
Xatırladaq ki, yeni əfv olunan məhbuslar müxtəlif ittihamlarla, əsasən qeyri-qanuni etirazlara görə azadlıqdan məhrum olunublar.