Gömrük Komitəsindən saxta yumurta və düyü AÇIQLAMASI

Gömrük Komitəsindən saxta yumurta və düyü AÇIQLAMASI
19:32 23 Noyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il Çindən Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumatda qeyd olunur.

Məlumatda həmçinin qeyd olunur ki, 2016-cı ildə Azərbaycana Çin istehsalı olan cəmi 2 ton düyü idxal edilib.

Çindən Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR