Azərbaycanın qadın boksçusu Avropa çempionu olub

Azərbaycanın qadın boksçusu Avropa çempionu olub
19:37 23 Noyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Sofiya. 23 noyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatının final görüşləri start götürüb.
"Report”un Şərqi Avropa bürosu xəbər verir ki, 69 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Yelena Vıstropova finalda türkiyəli idmançı Sema Çalışkanı məğlub edərək Avropa çempionu olub. Beləliklə, Azərbaycan yığması çempionatda ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, bundan əvvəl Avropa çempionatında ölkəmizi təmsi edən qadın boksçulardan Anna Əlimərdanova (54 kq) gümüş, Leyla Cavadova (81 kq) və Aynur Rzayeva (+81) isə bürünc medal qazanıblar. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-qadin-bokscusu-avropa-cempionu-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR