Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bu oyunu ədalətsiz uduzduq"

"Bu oyunu ədalətsiz uduzduq"

Date: 23 November 2016 19:42

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli "Yuventus"a məğlubiyyəti (1:3) şərh edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis bunları deyib:

"Klattenburq məni tribunaya göndərməkdə haqlı idi. Çünki onun qərarına etiraz etmişdim. Biz hesabda önə çıxmışdıq və pley-offa vəsiqə qazanmağa ümid edirdik. Təəssüf ki, bu gün müəyyən insidentlərə görə planımızı həyata keçirə bilmədik. Biz çox səy göstərdik. 10 nəfərlə oynadığımızı söyləmək çətin idi. Sona qədər rəqibə qol epizodu yaratmağa imkan vermirdik. Öz imkanlarımızdan istifadə edə bilmədik deyə məyusam. Fikrimcə, bu oyunu ədalətsiz uduzduq. Klattenburqun işini qiymətləndirmək mənim işim deyil".

Milli.Az


Tags:  oyunu ədalətsiz uduzduq

RƏYLƏR


Top news