"Yola baxan yoxdur. Duz töksələr yaxşı olar" - VİDEO - FOTO

"Yola baxan yoxdur. Duz töksələr yaxşı olar" - VİDEO - FOTO
19:47 23 Noyabr 2016
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün axşamdan yağmağa başlayan qar Şəkinin küçə və prospektlərində avtomobillərin hərəkətinə maneə yaradıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Şəhərin M.Ə.Rəsulzadə prospekti, Arxüstü küçəsi və F.X.Xoyski küçələrində yollar buz bağlayıb.

Qışa hazırlıqsız yaxalanan sürücülər yolda qalıblar.

Azad Osmanov - Sürücü: "Yolu qalxa bilmədim. Geri qayıdıb digər yol ilə gedirəm. Yollara baxan yoxdur. Duz töksələr, yaxşı olar".

Təkcə minik avtomobilləri deyil, mikroavtobuslar da yağan qardan nəsibini alıb.

Onu da xatırladaq ki, aidiyyəti qurumlar tərəfindən ərazidən qarın təmizlənməsi üçün iş aparılmasına rast gəlmədik.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492435.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR