“Yaşıl otaq”da MƏXFİ GÖRÜŞ, Ərdoğandan Qarabağ ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Yaşıl otaq”da MƏXFİ GÖRÜŞ, Ərdoğandan Qarabağ ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 23 Noyabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib. Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlük prosesini dayandırmağı nəzərdə tutan qətnamə layihəsini qəbul etməyə hazırlaşır. Türkiyə və Rusiya Suriyada birgə əməliyyat həyata keçirmək barədə razılığa gəliblər.

Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: “Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır”.

Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır. “Xüsusilə ABŞ, Rusiya və Fransa öhdələrinə götürdükləri işi dərhal başa çatdırmalıdır. İstəyimiz odur ki, işğal bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsunlar”, - deyə o diqqətə çatdırıb.

Azərbaycanın keçmiş xarici işlər naziri, sabiq səfir Tofiq Zülfüqarovun Publika.az-a müsahibəsində bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qarabağ problemini Rusiya ilə birgə həll edə bilər.

O, həmçinin Trampın prezidentliyi dövründə Rusiya-ABŞ münasibətlərində gözlənilən dəyişiklikləri və beynəlxalq proseslərə təsirini qiymətləndirib.

Tofiq Zülfüqarov: “Tramp Qarabağ problemini Rusiyayla birgə həll edə bilər” - MÜSAHİBƏ

"Qarabağ məsələsini gündəmə gətirmək lazımdı".

Bu ilin aprel ayında qoşunların təmas xəttindəki gərginlik dövründə erməni əsgərləri döyüşə nasaz texnika ilə girib. Bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin nümayəndələrinin ölən erməni hərbçilərinin qohumları ilə görüşündə bildirilib.

Ölən erməni hərbçilərin yaxınları cəbhə xəttində yaranan problemlərdən, o cümlədən silah-sursatın kifayət qədər olmamasından, texnikanın nasaz vəziyyətdə olmasından danışıblar. Onlar itkilərinin sayının çox olmasını silah-sursatın kifayət qədər olmaması ilə əlaqələndirirlər.

Ölən erməni əsgərlərinin valideynləri hərbi əməliyyatlar zamanı övladlarının kifayət qədər silah-sursata malik olmadığını qeyd ediblər. Mövqeyi öyrənilən qohumların əksəriyyəti hərbçilərin geyim və zirehli jiletlə bağlı probleminin olduğunu, silah və patron qıtlığı yaşadığını vurğulayıblar.

“Yaşıl otaq”da MƏXFİ GÖRÜŞ: Ermənilər Dəmirəldən nə istəyib?

Türkiyə ilə Ermənistan arasında 39 il öncə gizli görüşün keçirildiyi ortaya çıxıb.
1977-ci ildə Süleyman Dəmirəl hökumətinin xarici işlər naziri Sabri Çağlayangilin Ermənistandakı 3 böyük partiyanın nümayəndələri ilə görüşdüyü haqda məlumatlar yayılıb.

Britaniyalı ekspert Tomas de Vallın “Böyük Fəlakət: Soyqırımı kölgəsində türklər və ermənilər” kitabında da bu haqda yazıldığı deyilir. Görüş 1977-ci ilin 27 noyabr tarixində İsveçrənin Surix şəhərində “Qrand” otelində “Yaşıl otaq”da baş tutub. O dövrlər Ermənistan SSRİ-nin tərkibində olsa da, görüşdə Daşnaksutyun Partiyasının lideri Savarş Toriguyan, Hınçak Partiyasının lideri Avedis Demiryan və Ramqavar Partiyasının lideri Parounaq Tovmassiyanla, Türkiyə xarici işlər naziri Sabri Çağlayangil iştirak edib.

“Yaşıl otaq”da MƏXFİ GÖRÜŞ: Ermənilər Dəmirəldən nə istəyib?

Türkiyə ilə Ermənistan arasında 39 il öncə gizli görüşün keçirildiyi ortaya çıxıb.

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın milli təhlükəsizlik məsləhətçisi olması gözlənilən general Mayk Flin Türkiyə, o cümlədən region ölkələri tərəfindən sərt qarşılanacaq tərəfindən sərt deyib.

General Trampın kürdlərə böyük əhəmiyyət verdiyini və qarşıdakı dövrdə kürdlərə dəstək mövzusunda yeni proseslərin baş verəcəyini söyləyib.

“Hesab edirəm ki, Yaxın Şərq yenidən dizayn ediləcək, İraq ilə Suriya bütövlüyünü qoruyub saxlaya bilməyəcək. Yaxın Şərqdə üç və ya dörd yeni dövlətin yaranacağını düşünürəm və gələcəkdə müstəqil Kürdüstanı görə bilərik. Qurulacaq müstəqil Kürdüstan dövlətinə ABŞ və koalisiya ölkələri dəstək verməlidir”, - deyə general bildirib.

Trampın özü isə “The New York Times” nəşrinə müsahibəsində Rusiya lideri Vladimir Putinlə yola getmək arzusunu ifadə edib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətinin olduğunu təsdiqləyib. Lakin söhbətin detallarını açıqlamaqdan imtina edib. Suriya münaqişəsinə toxunan Tramp bildirib ki, bu ölkədə baş verən “dəliliyə” son qoymaq lazımdır.

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” hərəkatı çərçivəsində İŞİD terror təşkilatına məxsus 108 hədəfi havadan və qurudan bombalayıb. Döyüşlər zamanı iki türk hərbçisi yaralanıb.

Azad Suriya Ordusunun da 21 əsgəri yaralanıb, 4-ü həlak olub. Türkiyə Hava Qüvvələrinin Əl Bab və Şabviranı bombalaması nəticəsində terrorçuların 2 qərargah binası, 4 müdafiə mövqeyi, 1 silah anbarı darmadağın edilib.

Türkiyə və Rusiya razılığa gəldi

İsrailin DEBKA xəbər saytı Türkiyə ilə Rusiyanın Suriyadakı YPG terror təşkilatını havadan bombardman edəcəkləri ilə bağlı məlumat yayıb. Sayt Rusiya ilə Türkiyənin məsələ ilə bağlı razılığa gəldiklərini və planın yanvar ayının ortasında həyata keçiriləcəyini iddia edib.

Xəbərdə Trampın Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaxın Şərqdə bir plan qurduğu bildirilir. Obamanın isə Trampın təhlükəsizlik və xarici siyasətdə prioriteti olaraq seçdiyi Suriya böhranını bilərək hədəf aldığı və mövcud siyasəti ilə Trampı çətin vəziyyətdə qoymaq istədiyi iddia olunur. Saytda yer alan yazının Moskva və Ankaradakı mənbələrdən əldə olunan məlumatlara əsaslandığı bildirilir.

İddialara görə, Rusiya və İran da Hələbin şərqində olan suriyalı üsyançıları dəf etmək üçün hərəkətə keçəcək. Bütün bu planların Trampın kresloya oturmasından sonra - 2017-ci ilin yanvar ayının ortasında başladılacağı deyilir.

DEBKA-nın kəşfiyyat məlumatlarına istinad etdiyi bu xəbəri növbəti dəfə dünyada yeni bir nizamın qurulduğunu və Türkiyə-ABŞ-Rusiya əlaqələrinin yeni bir ölçü qazandığını da üzə çıxarıb.

“The Guardian” nəşrinin yazdığına görə, Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya təklif etdiyi düzəlişlər prezident Rəcəb Tayyib Ərdoğana 2029-cu ilə qədər hakimiyyətdə qalmağa imkan verəcək.

TARİXİ QƏRAR: 57 illik prosesə son qoyulur

Avropa Parlamenti Türkiyə ilə bağlı tarixi bir qərar verə bilər. Türkiyənin Avropa İttifaqına girişi haqqında danışıqların dayandırılmasına çağıran qətnamə noyabrın 24-də Avropa Parlamentinin plenar iclasında səsverməyə çıxarılacaq.

Bir çox avropalı lideri “itkimiz böyük olar” söyləsə də, Avropa Parlamentindəki 2 böyük qrup müzakirələrin dondurulmasını istəyir. Parlamentin ən böyük fraksiyası olan mərkəz sağçı Avropa Xalq Partiyasının lideri Manfred Veber dünənki açıqlamasında bildirib ki, Türkiyəyə mesaj çox açıqdır: “Üzvlük müzakirələri dərhal dondurulmalıdır”.

Veber Türkiyənin Çin və Rusiyaya meyllənməsinin çaşdırıcı olduğunu deyib. Sosialist qrupun lideri Gianni Pitella da üzvlük müzakirələrinin dondurulmasını istədiklərini bildirib.

TARİXİ QƏRAR: 57 illik prosesə son qoyulur

Avropa Parlamenti bu gün Türkiyə ilə bağlı tarixi bir qərar verə bilər.

Almaniya kansleri Angela Merkel isə müzakirələrin dayandırılmasını istəmədiyini deyib.

Türkiyənin mesajlarına NATO-dan cavab

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən gündəmə gətirdiyi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Ankaranın Rusiya ilə S-400 zenit-raket kompleksi ilə bağlı bəyanatlarına NATO-dan cavab gəlib.

Hərbi alyansın baş katibi Yens Stoltenberq sözügedən məsələləri şərh edib. O, bildirib ki, Türkiyənin NATO-nun kollektiv müdafiəsini ehtiva edən 5-ci maddəsini heç bir zaman zəiflətməyəcəyindən əmindir.

Türkiyənin mesajlarına NATO-dan cavab

Türkiyə heç bir şəkildə NATO birliyini zəiflədəcək heç bir şey etməyəcək

Hindistan-Pakistan sərhədində gərginlik

Hindistan ordusu bir müddət öncə üç əsgərinin öldürülməsi ilə bağlı genişmiqyaslı əməliyyatlara başlayıb.Əməliyyatlar zamanı minaatanlardan istifadə edilir. Rəsmi İslamabad artıq açılan atəş nəticəsində dörd dinc sakinin həlak olduğu, 7 nəfərin yaralandığı haqqında məlumat yayıb.

Qeyd edək ki, son zamanlar Hindistan-Pakistan münasibətləri gərginləşib. Tərəflər arasında atəşkəsin pozulması intensiv hal alıb. Beynəlxalq ictimaiyyət bu böhranın genişmiqyaslı müharibəyə səbəb olacağından qorxur.

İranın dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın sanksiyaları uzatmaq barədə verdiyi qərara münasibət bildirib. Dini lider sanksiyaların daha 10 il uzadılmasının nüvə razılaşmasını pozacağını deyib: “Hazırki ABŞ rəhbərliyi bir neçə dəfə nüvə razılaşmasını pozub. Tehran buna mütləq qarşılıq verəcək”.

Xatırladaq ki, ABŞ-ın enerji sahəsində İrana tətbiq etdiyi sanksiyaların daha 10 il uzadılmasını nəzərdə tutan qanun layihəsi Nümayəndələr Palatasında səs çoxluğu ilə qəbul edilib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ-da attraksionda qəza zamanı 1 nəfər ölüb, 7-si yaralanıb

27 İyul 2017 06:37

Saakaşvilidən Poroşenkoya cavab: “Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz”

27 İyul 2017 06:34

Paytaxtda yeni yaşayış massivləri telefonlaşdırılır

27 İyul 2017 06:33

Adriana Lima hindu geyimlərində - FOTO

27 İyul 2017 06:32

Yasamalda dava zamanı 1 nəfər başından küt alət xəsarəti alıb

27 İyul 2017 05:52

Donald Trampın oğurluq etdiyi zaman görüntüləri yayıldı - VİDEO

27 İyul 2017 05:33

Barselonada unudulmaz otel - FOTO

27 İyul 2017 05:32

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

27 İyul 2017 05:24

Bakıda yolu keçmək istəyən piyadanı avtomobil vurub

27 İyul 2017 05:17

Hindistanda daşqınlar - 119 ölü

27 İyul 2017 04:59

Sumqayıtda azot, Lənkəran çayında codluq normadan çoxdur

27 İyul 2017 04:43

Cici yeni reklamda - FOTO

27 İyul 2017 04:32

Rusiyada 4 işçi kanalizasiyada qazdan boğularaq öldü

27 İyul 2017 04:14

Lənkəran toyunda dava düşdü

27 İyul 2017 03:48

Onun əlləri nə edir? - FOTO

27 İyul 2017 03:32

Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib

27 İyul 2017 03:22

Merkel Ərdoğan və Trampı təqlid etdi

27 İyul 2017 02:48

Fəal "Facebook" istifadəçilərinin sayı cari ilin II rübündə 2 milyardı ötüb

27 İyul 2017 02:37

Lənkəranda toyda dava düşdü - yaralananlar var

27 İyul 2017 02:34

Züheyr Muraddan yeni kolleksiya - FOTO

27 İyul 2017 02:32

“Stress çarxı”nın rəqibi peyda oldu

27 İyul 2017 02:20

"Neftçi" "Şalke"yə belə məğlub oldu - VİDEO

27 İyul 2017 02:03

Tablolardan paltarlar - FOTO

27 İyul 2017 01:32

Barmağı telefona çevirən “ağıllı” üzük

27 İyul 2017 01:30

Gürcüstan telekanalında yanğın oldu

27 İyul 2017 01:29

"Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub

27 İyul 2017 01:22

Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ

27 İyul 2017 01:14

Çempionlar Liqasında III təsnifat mərhələsinin daha 9 oyunu keçirilib

27 İyul 2017 01:02

Goranboyda maşın aşdı - Yaralananlar var - FOTO

27 İyul 2017 00:48

Hacıqabulda 4 otaqlı ev yandı

27 İyul 2017 00:34

ABŞ-da təyyarə avtomobil yoluna düşüb, ölənlər var

27 İyul 2017 00:32

Putin Ermənistanla birgə hərbi birləşmələr haqqında sazişi ratifikasiyası edib

27 İyul 2017 00:30

Tillerson istefa xəbərlərini təkzib etdi

27 İyul 2017 00:29

Astroloji proqnoz - 27 iyul

27 İyul 2017 00:13

17 yaşlı oğlan özünü asdı - Şəkidə

27 İyul 2017 00:09

"Leipzig" Keytanı satmaq barədə düşünə bilər

27 İyul 2017 00:05

Günün qoroskopu: diqqəti əldən verməyin

27 İyul 2017 00:05

Fatih Terim 3,5 milyon avro təzminat alacaq

27 İyul 2017 00:04

Tramp maaşından imtina etdi

27 İyul 2017 00:03

Kaxaber Sxadadzenin yerinə ispan mütəxəssis

26 İyul 2017 23:57

Bellanı bir də belə görün - FOTO

26 İyul 2017 23:57

Bürclər – 27 İYUL

26 İyul 2017 23:55

Mustafa Ceceli və yeni həyat yoldaşı bal ayından qayıtdı - FOTO

26 İyul 2017 23:52

ABŞ-da ev balığını öldürən şəxs 4 ay müddətinə həbs olunub

26 İyul 2017 23:47

"Bavariya" "Real" qədər böyük klubdur"

26 İyul 2017 23:47

Çəkilmədiyi film üçün Şarliz Terona kömək etdi

26 İyul 2017 23:42

Bakıda atasını itirən qızdan DƏHŞƏTLİ ƏMƏL

26 İyul 2017 23:37

"Sanki xalq düşməniyəm"

26 İyul 2017 23:37

Elmdə müdhiş sıçrayış

26 İyul 2017 23:37

Tramp maaşını ABŞ Təhsil nazirliyinin hesabına köçürüb

26 İyul 2017 23:32