"Anderlext"in baş məşqçisi: "Məqsədimiz qələbə qazanmaqdı"

"Anderlext"in baş məşqçisi: "Məqsədimiz qələbə qazanmaqdı"
20:27 23 Noyabr 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Heyətdə zədəlilərimiz var. Aleksandr Kipçu oyunu buraxmalı olacaq. Son oyundan sonra tənqidlər olmuşdu və fikrimcə, bunlar düzgün deyildi. Çalışırıq ki, yaxşı çıxış edək və özümüzü göstərək".


Bunu Belçikanın "Anderlext" klubunun baş məşqçisi Rene Veyler Avropa Liqasının qrup mərhələsinin V turunda Bakıda "Qəbələ" ilə sabah keçiriləcək oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.


Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:


- Sizinlə futbolçular arasında problemlər yaranıb, bu doğrudurmu?

- Bu suala daha doğru futbolçular cavab verə bilər. Həmişə olduğu kimi, məşqlər davam edir.


- Rəqibi analiz edərkən hansı boşluqları aşkar etmisiniz?

- Bu suala cavab vermək düzgün olmaz. Rəqibin müəyyən zəif cəhətləri var.


- Bəs üstün tərəfləri hansılardır?

- Əvvəlki oyunlara əsasən deyə bilərəm ki, zəif komanda deyil. Üstün cəhətlərini demək düz olmaz. Sabah hər şeyi görəcəyik. "Qəbələ"nin bir üstünlüyü ondadır ki, oyunun əvvəlindən təzyiq edirlər və sona qədər pis aparmırlar.


- Şansları necə dəyərləndirirsiniz?

- Sabahkı oyuna hazırlaşmışıq və rəqib zəif deyil. Öncəki oyunlarda yaxşı çıxış etdiklərini görmüşük. Bilirəm ki, asan oyun olmayacaq.


- Roman Qriqorçuk sabah meydana oynamayan futbolçuları buraxacağını deyib. Bu sizi sevindirir?

- Hər hansı oyunçu olsa belə, biz onlara qarşı diqqətlə hazırlaşmışıq.


- "Qəbələ" cari mövsüm bütün avrokubok oyunlarında qol vurub. Bunu nəzərə alaraq hücum futbolu oynayacaqsınız, yoxsa müdafiədə çıxış edəcəksiniz?

- Biz bunu bilirik. Rəqib ölkə çempionatının güclü komandalarından biridir və ev oyunlarında qələbə qazanırlar. Sabahkı oyunda əlimizdən gələni edəcəyik.


- Belçika komandaları Azərbaycanda qol vura bilməyib. Həmçinin də "Anderlext". Bu statistika sizi qorxutmur?

- Statistikaya görə proqnoz verilir. Amma mən bunu nəzərə almıram. Çünki sabahkı oyun yenidir və heç bir statistikanı nəzərə almırıq. Məqsədimiz qalib gəlməkdir.


- Çox pozitivsiniz və üzünüz gülür. Məğlub olsanız, bu gülərüzlük davam edəcək?

- Oyun hələ başlamayıb və qələbəyə ümidimiz var. Sabahkı oyundan sonra necə olacağını görəcəyik. Qələbə qazansaq, daha çox sevinərəm.("Report")


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotanderlextquotin-ba-mqcisi-quotmqsdimiz-qlb-qazanmaqdquot-t54386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR