Avropa çempionatında 4 medal qazandıq

Avropa çempionatında 4 medal qazandıq
20:33 23 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, qitə birinciliyində millimiz 4 medal qazanıb - 1 qızıl, 1 gümüş və 2 bürünc.

Bu gün keçirilən final görüşündə 69 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vstropova türkiyəli Səma Çalışkana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əlavə edək ki, bu, Yelenanın ikinci belə uğurudur. O, iki il öncəki qitə birinciliyində də hamıdan güclü olmuşdu.

Finalda mübarizə aparan digər dəri əlcək ustamız 54 kq çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova isə yerli boksçu Stanimira Petrovaya məğlub olaraq, gümüş medalla kifayətlənməli olub.

81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova və ən ağır çəkidə mübarizə aparan Aynur Rzayevanın isə artıq bürünc medal qazandığı dəqiqləşmişdi.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR