Bakıda beynəlxalq ticarətdə sənədləşmə mövzusunda təlim keçirilib

Bakıda beynəlxalq ticarətdə sənədləşmə mövzusunda təlim keçirilib
20:42 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə “İxraca hazır ol” layihəsi çərçivəsində “Beynəlxalq ticarətdə sənədləşmə və malın çatdırılma şərtləri” mövzusunda təlim keçirilib. 
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə sahibkarlara beynəlxalq ticarətdə sənədləşmə üzrə ekspert tərəfindən alqı-satqı müqavilələri, hesab faktura, məhsulun daşınma sənədləri (TİR Carnet, CMR, Bill of Landing, Airway Bill), ixraca dair sənədləşmə və s. barədə ətraflı məlumat verilib.
Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb.

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/bakida-beynelxalq-ticaretde-senedlesme-movzusunda-telim-kecirilib-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR