Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" sabah qrup mərhələsinin V turunda "Slovan"ın qonağı olacaq.
Milli.Az futbol11.az-a istinadən xəbər verir ki, ağdamlılarla qarşılaşmadan öncə Çexiya təmsilçisi ciddi itki ilə üzləşib.
Belə ki, komandanın aparıcı üzvü Milan Baroş sıradan çıxıb. Zədələnən forvardın Azərbaycan klubuna qarşı oynayamacağı dəqiqləşib. Liberetsə ezam olunmuş əməkdaşımıza bu barədə "Slovan"ın baş məşqçisi Yindrix Trpişovski məlumat verib.
Milli.Az