Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

ATƏT: Donbasda ağır silahlar işə düşüb

ATƏT: Donbasda ağır silahlar işə düşüb

ATƏT baş katibi: "Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur” (24 Fevral 2017 20:17)

Tarix: 23 Noyabr 2016 21:05

Donbasda münaqişə tərəfləri bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Ukrayna üzrə Təmas qrupunun iclasından sonra bəyan edib.

"Təmas xəttində vəziyyət gərgin olaraq qalır, atəşkəsin müntəzəm pozulması halları qeydə alınır", - deyə M.Saydik bildirib.

Onun sözlərinə görə, tərəflərin bir-birlərinə qarşı ağır silahlardan istifadə etməsi ölüm halları ilə nəticələnir. "Halbuki, ağır silahlar təmas xəttində olmamalıdır", ATƏT rəsmisi vurğulayıb.

Martin Saydik bildirib ki,  noyabrın 29-da "Normand dördlüyü" XİN rəhbərlərinin görüşü gözlənilir. 

Milli.Az


Teqlər:  ATƏT Donbasda ağır silahlar işə düşüb



RƏYLƏR


Top xəbərlər