Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı modelin keçmiş əri ikinci dəfə ata olacaq

Azərbaycanlı modelin keçmiş əri ikinci dəfə ata olacaq

Date: 23 November 2016 21:21

Aktyor Tolqa Karelin Mayamidə tanış olub evləndiyi Sarah Skotto ana olacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sarahın ailəsi ABŞ-da yaşdığı üçün cütlük də orada yaşamağa qərar verib. Onlar doğulacaq qızlarına Mia adını verməyi düşünürlər.

Daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olan Tolqa ondan olan oğlu Cahangir haqda da açıqlama verib:

"Boşanma qərarı nəticəsində üzərimə düşən vəzifələri yerinə yetirirəm. Alimentimi ödəyirəm. 4 yaş yarımlıq bir oğlum var və məni pis tanımasını istəmərəm".

Qeyd edək ki, G.Musayeva keçmiş ərinin oğlu ilə maraqlanmadığını, məhkəmənin verdiyi təzminat qərarının çox az olduğunu bildirmişdi.


Tags:  Azərbaycanlı modelin keçmiş əri ikinci dəfə ata olacaq

RƏYLƏR


Top news