Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yerin altında nəhəng okean aşkar edildi

Yerin altında nəhəng okean aşkar edildi

Date: 23 November 2016 21:37

Böyük Britaniya və Amerika geofizikləri Yer kürəsinin dərin qatlarında konservləşdirilmiş nəhəng okeanı aşkar ediblər.

Milli.Az publika.az-a istinadən bildirir ki, suyun böyük həcmi planetin səthindən 400-600 kilometr dərinlikdədir və hidratlaşdırılan minerallarla konservləşdirilib.

Alimlər qeyd edirlər ki, Yer kürəsinin dərin qatlarında suyun mövcudluğu planetin geoloji fəallığı və iqlim dəyişikliklərində mühüm rol oynayır.

Həmçinin mart ayında Rusiya, FransaAlmaniyadan olan geokimyaçılar yer səthinin 410-660 kilometr dərinliyində arxey dövrünün (2,7 milyard il) okeanını aşkar ediblər. Onun həcmi dünya okeanının ölçülərini dəfələrlə ötür. Alimlərin tədqiqatı "Nature" jurnalında dərc edilib.

Milli.Az


Tags:  Yerin altında nəhəng okean aşkar edildi

RƏYLƏR


Top news