Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Napoli" - "Dinamo" oyunundan əvvəl iki azarkeş bıçaqlanıb

"Napoli" - "Dinamo" oyunundan əvvəl iki azarkeş bıçaqlanıb

Date: 23 November 2016 21:42

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Napoli" - "Dinamo" oyunundan əvvəl qan tökülüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Kiyev təmsilçisinin azarkeşlərindən biri Neapolda bıçaqlanıb.

Ukraynalı fanat küçədə "Dinamo" şərfi ilə gəzərkən birdən-birə italiyalı azarkeşlərin hücumuna məruz qalıb. Ona 3 bıçaq zərbəsi vurulub.
 
Ancaq qanlı olaylar bununla bitməyib. Bir müddət sonra daha bir ukraynalı azarkeş xəsarət alıb.
 
Qeyd edək ki, hər iki azarkeşin vəziyyəti normaldı və ilkin müdaxilədən sonra xəstəxanadan buraxılıblar.

Milli.Az


Tags:  Napoli Dinamo oyunundan əvvəl iki azarkeş bıçaqlanıb

RƏYLƏR


Top news