Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...

Gündə 1-2 diş sarımsaq yeyirsinizsə...

Date: 23 November 2016 22:05

Sarımsağın faydaları insanlara qədim zamanlardan məlumdur. İltihab, virus, mikrob və qurd əleyhinə xüsiyyətlərə malik olan bu təbii dərman dünyanın bütün mətbəxlərində istifadə olunur.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Çin alimlərin sarımsağı xoşlamaq üçün növbəti səbəb aşkar ediblər. Araşdırmalar göstərib ki, hər gün 1-2 diş çiy sarımsaq yeyən insanda ağciyər xərçənginin riski 44% azalır.

Bu xüsusilə siqaret çəkən insanlar üçün vacibdir. Statistika göstərir ki, ağciyər xərçəngi 80-90% hallarda siqaret çəkən insanlarda inkişaf edir. Çin alimləri aşkar ediblər ki, siqaret çəkən və eyni zamanda tez-tez çiy sarımsaq yeyən insanlarda ağciyər xərçənginin riski 30% qədər azalır.

Alimlərin fikrinə görə, sarımsağın xərçəngəleyhinə təsirinin səbəbi tərkibində çoxlu miqdarda allisin maddəsinin olmasıdır. Sübut olunub ki, bu maddə güclü iltihab əleyhinə və antioksidant təsirlərə malikdir.

Alimlər ağciyər xərçənginin profilaktikası məqsədi ilə hər gün 1-2 diş çiy sarımsaq yeməyi tövsiyə edirlər.

Çin alimlərinin araşdırmalarının nəticələri Cancer Prevention Research jurnalında dərc olunub.

Milli.Az


Tags:  Gündə 1-2 diş sarımsaq yeyirsinizsə

RƏYLƏR


Top news