Azərbaycan ən yüksək işsizlik müavinətinə görə MDB-də liderdir

Azərbaycan ən yüksək işsizlik müavinətinə görə MDB-də liderdir
22:12 23 Noyabr 2016
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir.
"Report" xəbər verir ki, bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir.
Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb – təqribən 12 dollar.
Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir.
Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/azerbaycan-en-yuksek-issizlik-muavinetine-gore-mdb-de-liderdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR