Yeni il tur paketləri - VİDEO

Yeni il tur paketləri - VİDEO
22:12 23 Noyabr 2016
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni ilin gəlməsinə bir xeyli qalsada, artıq indidən tur paketlərin satışı başlayıb. Qiymətlər isə hecdə ürək açan deyil desək yəqinki, yanılmarıq. Çünki əvvəlki illərlə müqayisədə qiymətlər 50 faizdən artıq artıb.

Şamaxı, Qəbələ,Şəki, Quba...

Gürcüstan, Türkiyə, Dubay, Avropa...

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yeni ilə hələ 1 aydan çox qalsa da, artıq indidən tur paketlərin satışı başlayıb. Turizmçilərin sözlərinə görə qiymətlər əvvəlki illərlə müqayisədə xeyli artıb. Əvvəllər 3 günlük daxili tur paketin qiyməti 200 manatdan başlayırdısa, bu il 350-400 manat arasında dəyişir.

Yeni il gecəsi qonaqlar yeni il yeməyi yəni qala yeməyində iştirak etmək istəyirlərsə əlavə olaraq adambaşına minimum 50 maksimum 250 manatlarından da keçməlidirlər.

Xaricə turların da qiymətində bahalaşmalar var. Amma yeni il üçün xüsusi endirimli paketlər də az deyil. Bu tur paketlərin qiymətələrinə aviabilet, 5 gecə 6 gün hoteldə qalmaq, siğorta daxildir.

Əlverişli qiymətə xaricdə yeni il keçirmək Gürcüstanda mümkündür.

Turizmçilər bildirir ki, hazırki qiymətlər endirimlidir. Gələn aydan bu endirimlər olmaya bilər.

Tur paketlərdə 0-6 yaş uşaqlar üçün hər şey pulsuz, 6 yaşdan yuxarılar üçün isə 50 faiz endirim tətbiq edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR