"Etibarsız" etibarnamə - maşın alanda diqqətli olun - VİDEO

"Etibarsız" etibarnamə - maşın alanda diqqətli olun - VİDEO
22:22 23 Noyabr 2016
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakıda mülki etibarnamə ilə maşın alan şəxs avtomobilindən olub. Çünki 2011 -ci ildə ona verilən mülki etibarnamə bir müddət əvvəl ləğv edilib. Sürücü isə bundan yalnız yol polisi onu saxladıqdan sonra xəbər tutub.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirib ki, 10-MO-709 dövlət qeydiyyat nişanlı maşınının sahibi Mirağa Kərimov adlı şəxs, hazırda avtomobili idarə edənlə yanaşı Nazim Zeynalov adlı sürücüyədə mülki etibarnamə verib. Həmin şəxs isə avtomobili idarə etmək üçün İrşad Zeynalova etibarnamə verib. Beləlikə sonuncu etibarnamə İrşad Zeynalova verildiyindən bütün elektron protokollarda ona göndərilib.. Maraqlısı budur ki, bizə müraciət edən şəxs avtomobili etibarnamə ilə idarə etsədə əslində həmin sənəddə qüvvədən düşüb.

Üstəlik həmin nəqliyyat vasitəsi saxlanıldığı yerdə cərimə meydançasına qoyulacaq və mülki etibarnamə ilə maşını idarə edən Elman Nəcəfov hətta cərimələri ödəsə belə avtomobil ona verilməyəcək.

Bu fakt bir daha göstərir ki, mülki etibarnamə ilə avtomobil alan şəxslərdən idarə etdikləri nəqliyyat vasitələri həran alına bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR